...

Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verdi

Siyasət Materials 25 Oktyabr 2016 16:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verdi

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Başsağlığında deyilir: “Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.

Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti