...

ABŞ rəsmisi: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır

Siyasət Materials 22 Noyabr 2016 19:48 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır.
ABŞ rəsmisi: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır.

Trend-in məlumatna görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bu gün keçirdiyi brifinqdə deyib: "Münaqişənin hərbi yolla həlli yoxdur. ABŞ münaqişə tərəfləri ilə işləyərək problemin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir".

Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən getməsi ilə bağlı məsələyə toxunan B.Brink qeyd edib ki, ABŞ C.Uorlikin həmsədr kimi fəaliyyətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, hələlik ABŞ-ın növbəti həmsədrinin kim olacağı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti