...

Ekspert: Azərbaycanla əməkdaşlıq İsrail siyasətinin əsas məqsədlərindəndir

Siyasət Materials 23 Dekabr 2016 12:29 (UTC +04:00)
Azərbaycanla əməkdaşlıq İsrail xarici siyasətinin əsas məqsədlərindəndir.
Ekspert: Azərbaycanla əməkdaşlıq İsrail siyasətinin əsas məqsədlərindəndir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycanla əməkdaşlıq İsrail xarici siyasətinin əsas məqsədlərindəndir. Trend-in məlumatına görə, bu fikirlər İsrailin “Mitvim” regional xarici siyasət İnstitutunun idarə heyətinin üzvü, Yerusəlimdə Yəhudi Universitetinin İslam və Yaxın Şərq tədqiqatları kafedrasının müəllimi, professor Eli Podexin ynetnews.com saytında dərc olunan məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, Azərbaycanın İranla yaxşı münasibətləri, İsrail üçün yanacaq istehlakı probleminin həlli, eləcə də hərbi-texniki sahədə əməkdaşlıq və həcmi milyardlarla dollar təşkil edən sazişlər Azərbaycanla İsrail arasında münasibətləri möhkəmləndirən əsas nöqtələrdir.

Müəllifin fikrincə, gözləmək olar ki, ABŞ-dakı yəhudi lobbisi Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana Qərbdə özlərini qurban kimi qələmə verən ermənilərə qarşı mübarizə aparmağa yardım edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti