...

Deputat: Bu, dünya dövlətlərinə, beynəlxalq təşkilatlara bir işarədir

Siyasət Materials 26 Yanvar 2017 10:08 (UTC +04:00)
“Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına dair imzaladığı sərəncam dünya dövlətlərinə, beynəlxalq təşkilatlara və hətta ermənilərin özlərinə də bir işarədir”.
Deputat: Bu, dünya dövlətlərinə, beynəlxalq təşkilatlara bir işarədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına dair imzaladığı sərəncam dünya dövlətlərinə, beynəlxalq təşkilatlara və hətta ermənilərin özlərinə də bir işarədir.

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsinin icraçısı, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bununla dünya dövlətlərinə, beynəlxalq təşkilatlara və ermənilərə bildirir ki, ərazilərinin azad edilməsində, bərpasında qəti qərarlıdır və ölkə qanunlarına tabe olan ermənilər üçün də belə şəraiti qura bilər:

“Cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına dair imzaladığı sərəncamın dərin mənası var. Bu, Azərbaycan dövlətinin ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə barışmayacağına, həmin əraziləri düşməndən azad edəcəyinə və bərpasına dair iradəsinin konkret göstəricisi olmaqla, məcburi köçkünlərin dogma yurdlarına böyük qayıdışı yolunda mühüm addımlardan biridir. Kənd sakinlərinin yurdlarına dönməsi, dövlət büdcəsi hesabına yeni tikilmiş evlərə köçmələri inkişafa təkan olacaq. Onlar əkib-becərəcək, heyvandarlıqla məşğul olacaqlar, həm özlərini təmin edəcək, həm də məhsullarını sataraq zəruri ehtiyaclarını ödəyəcəklər. Bərpa zamanı aparılacaq tikinti-quruculuq işləri yeni iş yerlərinin açılmasına gətirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti