Səyavuş Heydərov: Xarici siyasi dairələrin radikallardan istifadə etməsi ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir (MÜSAHİBƏ)

Səyavuş Heydərov: Xarici siyasi dairələrin radikallardan istifadə etməsi ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir (MÜSAHİBƏ)

Bakı. Elçin Mehdiyev – Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi

- Səyavuş müəllim, ötən il Azərbaycanda dini radikalizm və ekstremizmə qarşı aparılmış inzibati mübarizəni necə dəyərləndirərdiniz? Hansı işlər görüldü, nə kimi nəticələr əldə olundu?

- İstənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq üçün süni şəraitin formalaşdırılması həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir. Məhz ona görə də ideoloji sahə ilə yanaşı, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və inzibati tədbirlərin görülməsi radikalizmlə mübarizədə əsas məsələlərdən sayılır.

Azərbaycan Respublikası bu sahədə kifayət qədər geniş qanunvericilik bazasına malikdir. Xüsusilə, 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi problemlə mübarizədə çevik və koordinasiyalı fəaliyyət üçün geniş imkanlar yaradıb. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir.

Qanuna əlavələrin edilməsi dini radikalizm və ekstremizmə qarşı mübarizənin daha təkmil mexanizmini formalaşdırıb

Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, eləcə də “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq əlavələrin edilməsi dini radikalizm və ekstremizmə qarşı mübarizənin daha təkmil mexanizmini formalaşdıraraq, dövlətin bu sahədə konkret mübarizə taktikasını səciyyələndirib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsində dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması ilə bağlı müddəalar öz əksini tapıb. Bu maddəyə görə, fiziki şəxslərə min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Eləcə də, İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsində dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması ilə bağlı müddəalar yer alır. Bu maddəyə əsasən, inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

- İnzibati tədbirlər çərçivəsində icazəsiz dini ədəbiyyatların yayılması istiqamətində hansı işlər görülüb?

Fəaliyyətimizin əsas istiqamətlərindən biri icazəsiz dini ədəbiyyatların yayılmasının qarşısının alınmasıdır

- Ümumiyyətlə, radikalizmlə mübarizədə fəaliyyətimizin əsas istiqamətlərindən biri qanunsuz dini ədəbiyyat və materialların ölkə vətəndaşları arasında yayılmasının qarşısının alınmasıdır. Məlumdur ki, dini məzmunlu materialların müvafiq qanunvericiliyə uyğun ekspertizasının aparılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aiddir. Yalnız ekspertizanın nəticəsinə uyğun olaraq, müvafiq müsbət rəy əsasında, eləcə də nəzarət markası ilə markalanma həyata keçirildikdən sonra dini məzmunlu materiallar ölkə ərazisində yayıla bilər. Lakin radikal təmayüllü şəxslər qanunvericiliyin tələblərini pozaraq özündə zərərli məlumatları ehtiva edən dini materialları yaymağa cəhd göstərirlər. Bu məqsədlə ötən ildə dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar, dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində tədbirlər davam etdirilib. Belə ki, ötən ildə 383 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Eləcə də, qeyd edim ki, ötən ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və Masallı rayonunda dini təyinatlı materialların satışını həyata keçirən 40 mağazada müvafiq monitorinqlər keçirib. Qeyd olunan mağazalarda aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə ümumilikdə 53 500 manat məbləğində cərimə edilib. 17 mağaza sahibi barədə İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi (“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və ya video materialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması – red.) ilə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər yerlərdən götürülmüş dini ədəbiyyatların dinşünaslıq ekspertizası aparılıb. Ümumilikdə dinşünaslıq ekspertizasına göndərilmiş 856 adda dini ədəbiyyata baxılaraq, onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.

Məlumat üçün bir daha bildirmək istəyirəm ki, Cinayət Məcəlləsinin 167-2-ci maddəsinə əsasən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədilə idxal etmə, satma və ya yayma - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum edilməklə cəzalandırılır.

- Bəs qanunsuz fəaliyyət göstərən dini obyektlərlə bağlı hansı işlər görülüb?

- Ötən müddətdə yerli icra strukturları ilə birgə qeyri-qanuni olaraq dini ibadət yeri kimi fəaliyyəti aşkarlanan obyektlərlə bağlı müvafiq inzibati tədbirlər davam etdirilib. Keçirilən inzibati tədbirlərin bir neçəsini nümunə kimi qeyd edə bilərik. Məsələn, hüquq-mühafizə orqanları ilə birgə təkcə Göyçay rayonunun üç kəndində qanunsuz ibadətgah kimi fəaliyyət göstərən ünvanlara baxış zamanı aşkar olunmuş 130 ədəd dini ədəbiyyatdan 72-nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən idxalına və ya nəşrinə müvafiq icazənin verilmədiyi müəyyən edilib. Baxış zamanı, həmçinin icazəsi olmayan 127 ədəd disk, 3 ədəd videokaset aşkarlanaraq götürülüb. Xüsusilə, Bakı, Şəki, Mingəçevir şəhərləri və Zaqatala, Şamaxı, İsmayıllı rayonlarında mövcud olan belə dini obyektlərin fəaliyyəti dayandırılıb.

Qanunsuz dini kursların fəaliyyətinin aşkarlanması istiqamətində də işlər görülüb. Bakı və Mingəçevir şəhərlərində aşkarlanmış belə kursların fəaliyyəti dayandırılıb.

Həmçinin, missionerlik fəaliyyətinin qarşısının alınması ilə bağlı keçirilən tədbirlər zamanı Zaqatala rayonunda üç nəfər Cənubi Koreya vətəndaşı saxlanılıb. Araşdırma zamanı həmin şəxslərin missionerlik fəaliyyəti müəyyənləşdirilərək, onların ölkədən deportasiya olunması üçün aidiyyəti qurumlara müraciət edilib.

Dini icmaların fəaliyyət qaydasının pozulması hallarının aşkarlanması istiqamətində də tədbirlər görülüb. Səbail rayonunun Badamdar qəsəbə dini icmasına baxış zamanı “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkarlanıb. Həmin ünvandan Dövlət Komitəsinin müvafiq razılığının olmadığı dini təyinatlı məlumat materialları aşkarlanaraq götürülüb.

Eyni zamanda, Dövlət Komitəsi mütəmadi olaraq kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən monitorinqlərin aparılması istiqamətində fəaliyyətini davam etdirir. Ötən müddətdə bəzi saytlar vasitəsilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn məlumatların yayılması halları aşkarlanıb. Həmin faktlar barədə müvafiq qaydada tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.

- Xaricdə dini təhsil alanların ölkədə din xadimi kimi fəaliyyət göstərməsi üçün hər hansı perspektiv varmı?

- Apardığımız təhlillər göstərir ki, qeyri-qanuni şəkildə xaricdə dini təhsil almış şəxslərin bir hissəsi təhsil aldıqları ölkələrin dövlət-din modellərinin yayılması istiqamətində fəaliyyətə cəlb olunub. Nardaran və digər analoji hadisələrin təhlilinə əsaslanaraq qeyd edə bilərik ki, dini mühitdə aktivlik göstərən, xüsusilə dövlətçilik əleyhinə keçirilən “tədbirlər”də təşkilatçı qismində çıxış edən şəxslərin mütləq əksəriyyəti vaxtı ilə xaricdə qeyri-qanuni yollarla dini təhsil almış gənclərdir. Ona görə də bu gün Azərbaycanda xarici ölkələrdə dini təhsil alanların sayının azalması fonunda gənclər arasında yerli ali dini tədris müəssisələrinə rəğbət hissi formalaşdırılır və müvafiq islahatların aparılması istiqamətində iş görülür.

Xaricdə dini təhsil alanların ölkədə din xadimi kimi fəaliyyət göstərməsi üçün hər hansı perspektiv yoxdur

Hazırda xaricdə dini təhsil alan şəxslərin ölkədə din xadimi kimi fəaliyyət göstərməsi üçün hər hansı perspektiv yoxdur. Belə ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 21-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin keçirilməsi qadağandır.

Biz, eyni zamanda düşünürük ki, xaricdə dini təhsil almış şəxslərin dini ayinlərin icrasına məhdudiyyət qoyulması barədə qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar həmin kontingent arasında neqativ proseslərin cərəyan etməsini nəzərə alaraq, onların dini sahədə fəaliyyətləri istisna olmaqla, cəmiyyətə inteqrasiya mexanizminin hazırlanması və tətbiq edilməsi üzrə yerli icra strukturları ilə birgə zəruri tədbirlərin həyata keçirilməsi məsələsi də aktuallıq kəsb edir.

Eləcə də xaricdən qaynaqlanan zərərli dini-ideoloji təlimin aktiv radikal təbliğatı və təşkilatçılığı ilə məşğul olan konkret şəxslərin fəaliyyətinin neytrallaşdırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə profilaktik tədbirlərin görülməsi davam etdirilməkdədir.

Onu da bildirmək istəyirəm ki, yuxarıda göstərilən maddələrin tətbiqi konkret hüquq pozuntusu baş verdiyi hallarda, yaxud müvafiq şikayətçinin müraciəti əsasında reallaşdırılır. Lakin təcrübə göstərir ki, dini radikal təmayüllü hadisələrin dinamik inkişafı fonunda inzibatçılıq baxımından bəzən gecikmələrə yol verilir. Bu da hüquqi müstəvidə müəyyən boşluqların mövcudluğuna dəlalət edir. Təbii ki, zamanın tələblərinə uyğun olaraq bu sahədə qanunvericiliyin daim təkmilləşdirilməsi vacib məsələlərdəndir.

Ümumiyyətlə, ötən ildə hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə dini radikalizmlə mübarizə istiqamətində 50-dən artıq tədbir həyata keçirilib.

Ümumilikdə, görülən bu inzibati tədbirlərdə effektivliyə nail olunmasının başlıca səbəbi koordinasiyalı fəaliyyətdir. İstər icra strukturları, istərsə də hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə daim məlumat mübadiləsinin həyata keçirilməsi işimizdə çevikliyi daha da artırıb və müəyyən olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına geniş imkanlar yaradıb.

Ardı var

Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Loading Bars
Xəbər lenti
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib
Kanadada "Johnson & Johnson" peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər
Ağstafa rayonunda "Ford" yanıb
Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Bütün xəbərlər