...

“İsrail-Azərbaycan” Assosiasiyası: Məhz Ermənistan rəhbərliyi faşist çıxışları ilə məşhurdur

Siyasət Materials 3 Fevral 2017 17:00 (UTC +04:00)
Məhz Ermənistan rəhbərliyi faşist çıxışları ilə məşhurdur
“İsrail-Azərbaycan” Assosiasiyası: Məhz Ermənistan rəhbərliyi faşist çıxışları ilə məşhurdur

Bakı. Ənvər Məmmədov - Trend:

Məhz Ermənistan rəhbərliyi faşist çıxışları ilə məşhurdur.

Bunu Trend-ə “İsrail-Azərbaycan” Assosiasiyasının nümayəndəsi Vahid Bayramov deyib.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi Trend agentliyinin müəllifinin «Trump puts end to Armenian lobby’s influence on US» adlı, ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsi barədə məqaləsindəki sözlərini təhrif etməyə çalışıb. Komitə "Twitter"dəki səhifəsində həmin məqalədəki Amerika erməni diasporunun öz sahibində parazitlik etməsi barədə sitatı Hitlerin “Mayn Kampf” kitabındakı sitatla müqayisə edib.

V.Bayramov deyib: “Qeyd etmək istəyirəm ki, ABŞ-da parazitlik edən erməni diasporu haqqında sözlərin erməni xalqı ilə əlaqəsi yoxdur. Bu, məhz erməni diasporuna şamil olunur. Xatırladım ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan erməni və Azərbaycan xalqlarının “genetik cəhətdən bir araya sığmayan” xalqlar olduğunu demişdi. Bəs erməni diasporu nədir və onun rəhbərləri kimlərdir? Sadəcə öz maraqlarını güdən insanlar toplusudur”.

Onun sözlərinə görə, təxribatla və bu cür təhriflərlə məşğul olmaq Ermənistanın rəhbərliyinə və diasporuna xasdır: “Onlar hər şeyi başqa adlarla adlandırmağı, təxribat xarakterli açıqlamalar etməyi sevir. Elə məhz onların fəaliyyətini Üçüncü reyxin təbliğat naziri Yozef Gebbelsin siyasəti ilə müqayisə etmək olar. Bəs bu müqayisəni Xocalı soyqırımını törədənlərin ağzından eşitmək nə qədər düzgündür? İndiyədək Xocalı hadisələrinin şəkillərini görənlər dəhşətə gəlir. Bu bir daha onu təsdiq edir ki, erməni təbliğatı yalnız onlara sərf edəndə səsini çıxarır. Xoşbəxtlikdən, Azərbaycan rəhbərliyinin böyük səyləri nəticəsində dünya kimin təcavüzkar, kimin qurban olduğunu və kimi faşist adlandırmaq lazım olduğunu başa düşür”.

V.Bayramov həmçinin ötən ilin sonunda yaradılmış Azərbaycan-Ermənistan sülh platformasını da müsbət qiymətləndirib: “Bu platforma Azərbaycanın və Ermənistanın sadə vətəndaşlarının təşəbbüsüdür. Onlar Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini vermək istəyirlər. Bu bir daha göstərir ki, bizim erməni xalqına münasibətimiz Ermənistan rəhbərliyinə olan mövqeyimizdən kəskin fərqlənir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti