...

RF XİN: Rusiya və Azərbaycan arasında münasibətlər mükəmməldir

Siyasət Materials 9 Fevral 2017 17:49 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya-Azərbaycan münasibətlərinə verdiyi müsbət qiymətlə razılaşmamaq mümkün deyil
RF XİN: Rusiya və Azərbaycan arasında münasibətlər mükəmməldir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya-Azərbaycan münasibətlərinə verdiyi müsbət qiymətlə razılaşmamaq mümkün deyil.

Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiyada P.Bülbüloğlunu təkcə diplomat yox, həm də ulduz hesab edirlər və onu çox sevirlər.

Səfirin iki ölkə arasındakı münasibətlər barədə açıqlamasını şərh edən M.Zaxarova bu münasibətlərin ən yüksək nöqtədə olduğunu deyib və qeyd edib ki, “mükəməlliyin hüdudu yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti