...

Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Siyasət Materials 24 Fevral 2017 11:29 (UTC +04:00)
Milli Məclisin Gənclər və İdman Komitəsi ilə Ukrayna parlamentinin Gənclər, İdman,Turizm və ailə Komitəsi arasında görüş keçirilib.
Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Bakı. Trend:

Milli Məclisin Gənclər və İdman Komitəsi ilə Ukrayna parlamentinin Gənclər, İdman,Turizm və ailə Komitəsi arasında görüş keçirilib.

Trend-in məlumatına görə, Ukrayna parlamentində baş tutan görüşdə Azərbaycan və Ukrayna arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Eyni zamanda, iki Komitə arasında təcrübə mübadiləsi, perspektivlər və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi müzakirə edilib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan və ukraynalı gənclərin müxtəlif beynəlxalq platformalarda, idman yarışlarında birgə fəaliyyətini diqqətə çatdırıb və bunun davamlı olmasının vacidliyini qeyd edib. Ukrayna Parlamentinin Gənclər, İdman, Turizm və ailə Komitəsinin sədri Artur Palatnıy isə iki Komitə arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin 25 ili tamam olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti