...

Azərbaycan səfiri Luqano şəhərinin meri ilə görüşüb (FOTO)

Siyasət Materials 28 Fevral 2017 21:32 (UTC +04:00)
2017-ci il fevralın 28-də səfir Əkrəm Zeynallı Tiçino kantonuna işgüzar səfəri çərçivəsində Luqano şəhərinin meri M.Borradori və Tiçino kantonu Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşmüşdür
Azərbaycan səfiri Luqano şəhərinin meri ilə görüşüb (FOTO)

Bakı. Trend:

2017-ci il fevralın 28-də səfir Əkrəm Zeynallı Tiçino kantonuna işgüzar səfəri çərçivəsində Luqano şəhərinin meri M.Borradori və Tiçino kantonu Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılıb, Tiçino kantonunun iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri imkanları müzakirə edilib.

Eyni zamanda, Azərbaycan və İsveçrənin regionları arasında əməkdaşlıq əlaqələrinə toxunan tərəflər Sumqayıt və Luqano şəhərləri arasında əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Görüş nəticəsində, yaxın aylar ərzində Luqano şəhəri merinin rəhbərliyi ilə geniş iqtisadi nümayəndə heyətinin ölkəmizə səfəri razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti