...

Hesabat: Dağlıq Qarabağ münaqişəsi ATƏT üçün 2016-cı ildə prioritet olaraq qalıb

Siyasət Materials 11 Aprel 2017 20:25 (UTC +04:00)
Dağlıq Qarabağda cəbhə xəttindəki gərginliyə və ümumilikdə danışıqlar prosesində irəliləyişin məhdud olmasına baxmayaraq, ATƏT münaqişələrin sülh yolu ilə davamlı həllinə səy göstərməkdə davam edir.
Hesabat: Dağlıq Qarabağ münaqişəsi ATƏT üçün 2016-cı ildə prioritet olaraq qalıb

Bakı. Trend:

Dağlıq Qarabağda cəbhə xəttindəki gərginliyə və ümumilikdə danışıqlar prosesində irəliləyişin məhdud olmasına baxmayaraq, ATƏT münaqişələrin sülh yolu ilə davamlı həllinə səy göstərməkdə davam edir.

Trend-in məlumatına görə, bu ATƏT-in illik hesabatında deyilir.

Hesabatda deyilir ki, 2016-cı ildə ATƏT regionundakı münaqişələr təşkilatın gündəliyində əsas mövzu olaraq qalıb. 2016-cı ilin yazında Dağlıq Qarabağda zorakılıq hallarının artması anti-böhran idarəetmənin intensivləşməsini zəruri edib.

Sənəddə bildirilir ki, Almaniya sədrliyi təşkilatın münaqişələrin həlli ilə bağlı formatlarının möhkəmlənməsi və bu münaqişələrdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bu və digər münaqişələrin həlli istiqamətində nəzərəçarpacaq səylər göstərib.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə sədrlik 2016-cı ilin aprel ayında təmas xəttində baş verən gərginliyə dərhal reaksiya verib, Daimi Şuranın xüsusi iclasının keçirilməsinə təşəbbüs göstərib, araşdırma mexanizmlərinin yaradılması ilə Vyana və Sankt-Peterburq razılaşmalarının həyata keçirilməsini təbliğ edib. Sədrlik münaqişənin həlli ilə bağlı siyasi danışıqlar prosesinin bərpasına çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti