...

“Koreya Haqqında Viktorinanın Bakı Mərhələsi 2017” yarışı keçiriləcək

Siyasət Materials 24 Aprel 2017 14:27 (UTC +04:00)
Bakıda “Koreya Haqqında Viktorinanın Bakı Mərhələsi 2017” yarışı təşkil ediləcək.
“Koreya Haqqında Viktorinanın Bakı Mərhələsi 2017” yarışı keçiriləcək

Bakı. Trend:

Koreyanın Azərbaycandakı səfirliyi 12 may 2017-ci il tarixində saat 14:00-da Azərbaycan Dillər Universitetinin əsas binasının akt zalında “Koreya Haqqında Viktorinanın Bakı Mərhələsi 2017” yarışını təşkil edəcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə viktorina ilə birlikdə 2017-ci il Bakı K-pop festivalı qalibinin təbrik ifası, biletlər əsasında lotoreya çəkilişi və Koreya milli geyimləri stendi kimi fərqli hissələr də olacaq. Tədbirə hər kəs dəvətlidir və giriş pulsuzdur.

Onu da xatırlatmaq istərdik ki, keçən il Bakı mərhələsinin qalibi Koreyada keçirilmiş final mərhələsinə qatılmaq şansı əldə etmiş və Azərbaycanı layiqincə təmsil edərək qalib olmuşdur. Viktorinanın ilkin mərhələsində yazılı olaraq müraciət edən namizədlərin sənəd yoxlanışından sonra finalçılar seçilir və 12 may 2017-ci il tarixində keçiriləcək Bakı finalında iştirak etmək imkanı qazanırlar. Viktorinada iştirak edəcək şəxslər Koreya dilində veriləcək sualları düzgün cavablandıraraq qalib olmaq imkanı əldə edəcəklər. Yarışın ilk üç qalibi mükafatlandırılacaq və birinci yerə çıxan şəxs 2017-ci ilin sentyabr ayında Koreyada keçiriləcək final “Koreya Haqqında Viktorina 2017”də iştirak etmək hüququ qazanacaqdır. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr veriləcək.

Viktorinada Koreya mədəniyyəti, tarixi və dilinə maraq göstərən istənilən Azərbaycan vətəndaşı (Koreya dilini bilənlərə üstünlük veriləcək) iştirak edə bilər. İştirak etmək istəyən şəxlər 30 aprel 2017-ci il tarixinə qədər doldurulmuş müraciət formasını və 30 suala cavabı qeyd etdikləri sual kartını [email protected] e-mail ünvanına göndərməklə müraciət edə bilərlər.

Tədbirlə bağlı ətraflı məlumatı Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin vebsəhifəsindən (http://aze.mofa.go.kr/ ) əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti