...

İspaniyada keçiriləcək "Fashion Week"də Qarabağdakı qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb

Siyasət Materials 1 May 2017 15:58 (UTC +04:00)
İspaniyada keçiriləcək Costa Blanca Fashion Week-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.
İspaniyada keçiriləcək "Fashion Week"də Qarabağdakı qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb

Bakı. Trend:

5-15 may tarixlərində İspaniyada keçiriləcək Costa Blanca Fashion Week-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.

Bu barədə Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edib: "Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb.

Benidorm şəhər icra hakimiyyətindən səfirliyimizə bildirilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti