...

İSESKO: Azərbaycan demokratiya, sülh, inkişaf və mədəniyyətlərarası dialoqun nümunəsidir

Siyasət Materials 5 May 2017 12:36 (UTC +04:00)
Azərbaycan demokratiya, sülh, inkişaf və mədəniyyətlərarası dialoqun nümunəsidir
İSESKO: Azərbaycan demokratiya, sülh, inkişaf və mədəniyyətlərarası dialoqun nümunəsidir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan demokratiya, sülh, inkişaf və mədəniyyətlərarası dialoqun nümunəsidir.

Trend-in məlumatına görə, bunu Bakıda Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri deyib.

O qeyd edib ki, dünyaya sülh lazımdır:

“Amma əgər nifrət, ədalətsizlik, fobiya və müharibələr qalırsa, onu əldə etmək mümkün deyil. Hesab edirəm ki, bu hadisələrin yeganə səbəbi böyük dövlətlərin öz işini lazımi şəkildə yerinə yetirməmələridir. Onlar öz maraqları uğrunda mübarizə aparır və BMT-nin Təhlükəsizlik Şurasına öz işini görməyə imkan vermir. Bununla sülh və təhlükəzisliyin təmin olunmasına mane olurlar. Dağlıq Qarabağdakı münaqişə bu yanaşmanın bariz nümunəsidir”.

Əl-Tüveycri qeyd edib: “Dünyada müxtəlif müharibələr davam etdiyi bir vaxtda böyük dövlətlər qarşıdurmaları dayandırmalı və elə etməlidirlər ki, BMT Təhlükəsizlik Şurası öz işini yerinə yetirə bilsin”.

Baş direktorun sözlərinə görə, bu problemlər haqqında ucadan danışmaq lazımdır: “Bu gün diplomatik frazalar söyləməyin deyil, konkret fəaliyyət göstərməyin vaxtıdır”.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti