...

Uilyam Laxyu: NATO Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır

Siyasət Materials 5 May 2017 17:24 (UTC +04:00)
NATO Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır.
Uilyam Laxyu: NATO Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır

Bakı. Anaxanım Hidayətova - Trend:

NATO Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır.

Bunu Trend-ə NATO-nun Gürcüstandakı əlaqələndirici ofisinin rəhbəri Uilyam Laxyu deyib.

O bildirib: "Azərbaycanın vətəndaş cəmiyyəti üçün NATO haqqında informasiya təqdim etməklə, ictimai diplomatiya sahəsində əməkdaşlığımızı genişləndirəcəyik".

O əlavə edib ki, Azərbaycanın 96 zabiti hələ də Əfqanıstanda NATO-nun missiyasını dəstəkləyir, daha 9 operator alyansın qərargah-mənzilində çalışır".

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti