...

Səfir: IV İslam Həmrəyliyi Oyunları gənclərin idmana marağını artıracaq

Siyasət Materials 23 May 2017 16:28 (UTC +04:00)
Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını Azərbaycanın son illərdə Azərbaycanın fəal şəkildə təşkil etdiiyi idman tədbirlərinin davamı hesab etmək olar
Səfir: IV İslam Həmrəyliyi Oyunları gənclərin idmana marağını artıracaq

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını Azərbaycanın son illərdə fəal şəkildə təşkil etdiyi idman tədbirlərinin davamı hesab etmək olar.

Bunu Trend-ə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

O bildirib ki, bu Oyunların gənclərin idmana, eləcə də sağlam həyat tərzinə marağını artıracağına ümid edir.

Səfir deyib ki, Oyunların açılış və bağlanış mərasimlərini, eləcə də tennis yarışlarını izləyib.

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə, İslamiadanın qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti