...

Prezident İlham Əliyev Ağstafada 5 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 4,8 milyon manat ayırıb

Siyasət Materials 10 İyun 2017 18:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Ağstafada 5 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 4,8 milyon manat ayırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, on səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti