...

Ramil Qasımova Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib

Siyasət Materials 13 İyun 2017 18:08 (UTC +04:00)
Prezident İlham Əliyev Ramil Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Ramil Qasımova Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib

Bakı. Trend:

Prezident İlham Əliyev Ramil Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Ramil Famil oğlu Qasımova Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti