Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub (FOTO)

Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi iyunun 12-də Los Ancelesdə geniş tədbirlə qeyd olunub. Azərbaycanin Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda keçirilmiş tədbirə Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Sem Qrundverq əsas qonaq qismində dəvət olunublar.

300-dək qonağın iştirak etdiyi tədbirə xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, din xadimləri, müxtəlif seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, maliyyə və hüquq sahələrində nüfuzlu şirkətlərin rəhbərləri, ictimai-siyasi xadimlər və jurnalistlər qatılıblar.

Tədbirin açılışında Sinay Sinaqoqunun kantoru Markus Feldmanın ABŞ, Azərbaycan və İsrailin dövlət himnlərini hər üç ölkəyə məxsus dillərdə səsləndirməsi böyük rəğbətlə qarşılanıb. Daha sonra Sinay Sinaqoqunun rəhbəri, “Newsweek” jurnalının sorğularına əsasən ABŞ-ın ən nüfuzlu yəhudi ravvini hesab edilən Deyvid Uolpi sinaqoq adından qonaqları salamlayaraq, belə bir əlamətdar günə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. 2015-ci ildə sinaqoqun böyük nümayəndə heyətilə Azərbaycana səfərini qeyd edən D.Uolpi, Azərbaycandakı dinlərarası tolerantlığın bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb. O, Azərbaycan və İsrail arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərinin böyük gərginliklərin mövcud olduğu hazırkı dünyada əvəzsiz model olduğunu bildirib.

Sonra Amerika Yəhudi Komitəsinin (AJC) Los Anceles nümayəndəliyinin direktoru Daniel Şnurun aparıcılığı ilə Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Sem Qrundverq çıxış ediblər.

Azərbaycanın baş konsulu N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında, o cümlədən yəhudi icması ilə mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Diplomat, bu ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin qurulmasında və inkişafında vacib rol oynadığını bildirib.

Öz növbəsində, İsrailin baş konsulu Sem Qrundverq Azərbaycan-İsrail münasibətlərinin dinamik və hərtərəfli inkişafına toxunaraq, ölkələrimiz arasında əsas əməkdaşlıq istiqamətlərindən bəhs edib. S.Qrundverq bildirib ki, İsrailin Azərbaycan ilə münasibətləri dərin etimad və dostluq əlaqələrinə əsaslanır. O, həmçinin, Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi böyük nailiyyətlərin dost İsrail xalqını sevindirdiyini diqqətə çatdırıb.

Azərbaycanın yerləşdiyi bölgədə mövcud olan münaqişələrə toxunan baş konsul Nəsimi Ağayev, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb. Bu səpkidə N.Ağayev 2015-ci ildə İsrail Prezidenti R.Rivlinin BMT Baş Məclisindəki çıxışında Xocalı Soyqırımını xüsusilə vurğulaması faktının Azərbaycan-İsrail dostluğunun daha bir göstəricisi olduğunu qeyd edib.

İsrailin baş konsulu S.Qrundverq vurğulayıb ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və regionda davam edən münaqişələrin sülh yolu ilə həllinin tapılmasını arzulayır.

Çıxışlardan sonra sual-cavab sessiyası olub. Baş konsullar qonaqların çoxsaylı suallarını cavablandırıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycanlı və yəhudi incəsənət ustalarının hər iki xalqa məxsus sevilən mahnılardan nümunələr səsləndirməsi gurultulu alqışlarla qarşılanıb.

Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya
Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya
İndiyə qədər verilən subsidiyaların həcmi açıqlanıb
İndiyə qədər verilən subsidiyaların həcmi açıqlanıb
Sahibkarlara maliyyə dəstəyi göstəriləcək: Gələn həftədən sənəd qəbulu başlanılır
Sahibkarlara maliyyə dəstəyi göstəriləcək: Gələn həftədən sənəd qəbulu başlanılır
Loading Bars
Xəbər lenti
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu ölçüdə yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahid Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb (FOTO)
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Meksika Konqresi Azərbaycan xalqını təbrik edib (FOTO)
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib
Messisiz PSJ "Anje" üzərində qələbə qazandı
Şəmkirdə birmərtəbəli ev yanıb
Böyük Britaniyada deputatı kilsədə bıçaqlanaraq öldürülüb
İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat
Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür
Bitkoinin qiyməti 60 min dolları keçib
Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib
"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix bəlli oldu
İranda son sutkada 197 nəfər koronavirusdan ölüb
Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN
Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatıb
Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi
Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı
Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir (FOTO)
Gəncədə fitosanitar monitorinqlər aparılıb
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub (FOTO)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir (VİDEO)
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb - Ruslan Əliyev
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi
Baş direktor "Azəriqaz"a ən çox edilən şikayətlərdən danışdı
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb
Noyabrda neçə gün iş olmayacaq?
Rusiyadan idxal olunan 70 tona yaxın toxumluq kartof məhv edilib
Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq
Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi
BDU-nun professoru vəfat edib
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumla bağlı mətbuat konfransı keçirilib (FOTO)
Yevlaxda "patı" satan dəstə yaxalandı
Dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib (FOTO)
Zaqatala və Balakəndə qanunsuz ağac kəsilməsilə bağlı cinayət işi başlandı
Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)
Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Qarabağa ilk konteyner blok qatarı yola salınıb (FOTO/VİDEO)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı "online" qəbul zamanı səsləndirilən müraciətlə yerində tanış olub (FOTO)
Sosial mənzil almaq istəyənlərin pulunu mənimsəyən qadının işi məhkəməyə göndərildi
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişini şərh edib
Mətbuat Şurasında intiharla bağlı xəbərlərin mediada işıqlandırılması müzakirə edilib (FOTO)
Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub - Deputat
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib (FOTO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Baş prokuror Kamran Əliyev Gürcüstana səfər edib (FOTO)
Koronavirusa yoluxan körpələrdə hansı simptomlar olur? - AÇIQLAMA
Əlilliyi olan şəxslər 35,6 min reabilitasiya vasitəsi ilə təmin edilib
Bakıda ər arvadını qətlə yetirdi
Uşaqlara peyvəndlər mütləq vurulmalıdır - Mütəxəssis
Azərbaycanda ilk təhsilyönümlü əyləncə parkı açıldı (FOTO)
Azərbaycanda yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb
Bütün xəbərlər