...

“Trend” İnformasiya Agentliyi və Latın Amerikası ölkələri məlumat mübadiləsi aparacaq

Siyasət Materials 23 İyun 2017 16:38
“Trend” İnformasiya Agentliyi və Latın Amerikası İnformasiya Agentliyi (LANA) əməkdaşlıq sazişi imzalayıb
“Trend” İnformasiya Agentliyi və Latın Amerikası ölkələri məlumat mübadiləsi aparacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

“Trend” İnformasiya Agentliyi və Latın Amerikası İnformasiya Agentliyi (LANA) əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, tərəflər bir-birini Latın Amerikası və Karib hövzəsinin və Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı barədə operativ məlumatlarla təmin edəcəklər. Sazişdə həmçinin LANA və Trend əməkdaşlarının təcrübə mübadiləsi barədə bənd yer alıb.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend İnformasiya Agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Trend BİA-nın tərkibində Azərbaycan, ingilis, rus, türk və fars dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların, xüsusilə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan xəbərlərini bu ölkələrin və həmçinin, bütün dünya auditoriyası üçün istehsal edir.

LANA (Latin America News Agency) – Latın Amerikası və Karib hövzəsi ölkələrindən xəbərlər, fotoşəkillər və videomaterialların yayılması üzrə aparıcı informasiya agentliyidir. Agentlik öz abunəçilərinə ingilis dilində iqtisadiyyat, siyasət, cəmiyyət, idman, mədəniyyət. ətraf mühit barədə gündəlik xəbərlər təqdim edir. LANA Latın Amerikası və Karib hövzəsində xarici müxbirlərə dəstək verir, eləcə də regionda xüsusi jurnalistləri olmayan KİV-lər üçün xəbərləri işıqlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti