...

İtaliya KİV-i: 2 yaşlı Zəhra erməni terrorunun növbəti qurbanı oldu

Siyasət Materials 10 İyul 2017 20:23 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva erməni terrorunun növbəti qurbanı oldu.
İtaliya KİV-i: 2 yaşlı Zəhra erməni terrorunun növbəti qurbanı oldu

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva erməni terrorunun növbəti qurbanı oldu.

Trend-in məlumatına görə, bu barədə Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədovun İtaliyanın italianinsider.it saytında Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edən “Beynəlxalq təşkilatlar körpələrin ölümünə səssiz qalmamalıdır” məqaləsində deyilir.

Məqalədə bildirilir ki, bu gün dünya birliyinin diqqəti daha çox Suriyaya yönəldiyindən, digər münaqişə ocaqları pərdə arxasında qalır. Belə münaqişələrdən birinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğu qeyd edilib.

Həmçinin qeyd olunur ki, bu münaqişə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsi kimi meydana çıxıb: “25 il davam edən təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyon insan məcburi köçkünə çevrilib. 1994-cü ildə atəşkəs əldə olunsa da, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq, Azərbaycanın mülki vətəndaşlarına hücum edir. Atəşkəs zamanı 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva da erməni terrorunun növbəti qurbanı oldu”.

Məqalədə həmçinin qeyd olunur: “Əgər beynəlxalq təşkilatlar, Avropa dövlətləri bu məsələyə biganə qalacaqlarsa, deməli təhlükə davam edəcək. Bölgə təhdid altında qalacaq, nəticədə körpələr qətlə yetirilməkdə davam edəcək”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti