...

Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Siyasət Materials 21 İyul 2017 15:44 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İ.Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti