...

İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

Siyasət Materials 1 Avqust 2017 18:27 (UTC +04:00)
İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.
İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

Bakı. Trend:

1 avqust tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitinin sədri statusunda Türkiyənin çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün İstanbul şəhərində İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanı Xüsusi Tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib.

Ş.Abdullayev Qüds məsələsi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkil edilməsinə görə Türkiyəyə təşəkkürünü ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti