...

"Dəniz kuboku - 2017"də dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriləcək

Siyasət Materials 2 Avqust 2017 11:20 (UTC +04:00)
Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.
"Dəniz kuboku - 2017"də dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriləcək

Bakı. Trend:

Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqənin bu epizodunda Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin “Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.

Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti