...

XİN rəsmisi Kosta Rikanın yeni müvəqqəti işlər vəkilini qəbul edib

Siyasət Materials 7 Avqust 2017 15:00 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rikanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib.
XİN rəsmisi Kosta Rikanın yeni müvəqqəti işlər vəkilini qəbul edib

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rikanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo López Bolañosu qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Jairo López Bolaños müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rika xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu qarşı tərəfə təqdim edib.

Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kosta-Rikanın Azərbaycada səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.

Görüşdə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti