...

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Siyasət Materials 18 Avqust 2017 11:16 (UTC +04:00)
Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Bakı. Elçin Mehdiyev - Trend:

Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə Trend-ə İspaniyanın Bakıdakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti