Prezident İlham Əliyev Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Prezident İlham Əliyev Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və körpü tikilib, 16 yerdə avtobus dayanacağı quraşdırılıb.

Qeyd edildi ki, 23 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Yenidən Samuxda olmağıma, sizi görməyimə, çox şadam. Bu, mənim Prezident kimi Samux rayonuna üçüncü səfərimdir. Bu səfər çərçivəsində çox önəmli açılışlar qeyd olunur. Onlardan biri bu kənd yolu layihəsidir. Bu kəndlərdə yaşayan insanlar üçün bu yol uzun illər böyük bir problem idi. Körpü yox idi, sel olanda gediş-gəliş çətinləşirdi. İndi 36 kilometr uzunluğunda gözəl bir yol çəkilib. Bu, 11 yaşayış məntəqəsini birləşdirən dairəvi yoldur. Bu yol sizə rahatlıq verəcək. Eyni zamanda, bu yolun kənd təsərrüfatının inkişafı üçün də çox böyük əhəmiyyəti var. Bu yolun tikintisinə dövlət tərəfindən böyük vəsait ayrılmışdır. Bu, sırf sosial layihədir. Çünki bu yolun çəkilişi, ilk növbədə, insanların rahat hərəkəti üçün nəzərdə tutulub. Bundan sonra bu yolla bağlı heç bir problem olmayacaq. Bu 11 kənddə 20 mindən çox insan yaşayır. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Onu da qeyd etməliyəm ki, bu gün ikinci yol layihəsi də açıldı. Bu da Zazalı-İmamzadə yoludur. Orada da Samux rayonunun beş kəndi əhatə olunur. Beləliklə, bu gün Samux rayonunun 16 kəndinə yol çəkilərək istifadəyə verilib. Bu, doğrudan da çox əlamətdar hadisədir. Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır. Bakıdan Gəncəyə dördzolaqlı çox gözəl bir yol salınıbdır. İndi Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yoldur, o da yaxşıdır. Amma biz onu dörd zolağa genişləndirmək fikrindəyik.

Digər bölgələrdə də magistral yollara, cənub, şimal istiqamətlərində şəhərlərarası yollara, kənd yollarına çox böyük vəsait qoyulur. Biz bunu ona görə edirik ki, insanlar bu imkanlardan rahat istifadə etsinlər.

Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir.

Bu gün mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində

minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə, Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir.

Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Bu gün biz Göygöl rayonunda regional toxumçuluq, aqrokimya, baytarlıq laboratoriyasının açılışını etdik. Samux rayonunu əhatə edən o laboratoriyanın da böyük əhəmiyyəti var. Süni Mayalanma Mərkəzinin də açılışı oldu. Bu da heyvandarlığın inkişafına böyük töhfə verəcək.

Bir sözlə, bu gün kənd təsərrüfatının sürətli inkişafı təmin edilir və su layihələri orada birinci şərtdir. Onu da biz təmin edirik. Əminəm ki, Samux rayonunda gələcəkdə də işlər yaxşı gedəcək. Bu günə qədər sosial-iqtisadi layihələr icra edilmişdir. Mənə verilən məlumata görə, 30-dan çox məktəb tikilib, təmir edilmişdir. Elektrik enerjisi ilə təminat yaxşılaşıb. İndi Samuxda qazlaşdırma 83 faizə çatıbdır. İçməli su layihəsi də icra edilməlidir. Azərbaycan öz daxili imkanları hesabına Samuxun içməli su layihəsini də təmin edəcək. Bu gün müvafiq göstərişlər verilmişdir. Bilirəm ki, bu, Samuxda problemdir. İçməli su layihəsi də tezliklə öz həllini tapmalıdır. Beləliklə, infrastruktur, kənd təsərrüfatı, suvarma layihələri, sosial obyektlər, iş yerləri hesabına rayonun kompleks şəkildə inkişafı təmin ediləcək. İndi kənd təsərrüfatında sürətli inkişaf gedir və bunun nəticəsidir ki, kənddə demək olar iş axtaran yoxdur. Yəni, işləmək istəyən iş tapır. İndi işçilərə verilən vəsaitin həcmi də artır. Yəni, əvvəllər müəyyən məbləğə razı olurdularsa, indi daha da böyük rəqəm tələb edilir. Bu da yaxşıdır. Vətəndaşlar nə qədər çox pul qazansa o qədər yaxşıdır. Sahibkarlar onsuz da pul qazanacaqlar. Onlar pul qazanmasa işləməyəcəklər. Onlar üçün artıqlaması ilə şərait yaradılıb - həm dövlət dəstəyi, kreditlər, bax, bu layihələr, su layihələri. Ona görə, əsas məsələ ondadır ki, kəndlilər, muzdla işləyənlər yaxşı maaş alsınlar, onların gündəlik əməkhaqqı tələbatlarını tam ödəsin. Biz görürük ki, bu sahədə də böyük artım var. İndi kənd təsərrüfatının inkişafı elə geniş vüsət alıb ki, bu sahə ilə məşğul olmaq istəyənlərin sayı artır. Biz də şərait yaradırıq. Bax, bu yol, su kanalı və digər layihələr bunun bariz təzahürüdür.

Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edən kənd sakini Mahirə MƏMMƏDOVA dedi:

-Cənab Prezident, mən Sizi bütün samuxlular adından salamlayıram. Rayonumuza xoş gəlmisiniz. Bu gün açılışını etdiyiniz bu körpünün uzun illər həsrətində olmuşuq. Bizim ata–babalarımız da bu körpünün həsrətində olublar. Yağış yağıb çay daşanda bu yol bizim üçün keçilməz olurdu. Biz istədiyimiz yerə getmək üçün qırx kilometr uzaq yol qət edirdik. Siz bizim uzaq yolumuzu yaxın, çətin işimizi asan etmisiniz. Allah Sizə cansağlığı versin. Allah valideynlərinizə rəhmət eləsin. Allah övladlarınızı qorusun.

Cənab Prezident, Siz bizim təkcə bu körpü problemimizi həll etməmisiniz. Ulu Öndərimizin sayəsində bizim kənd camaatına paylanan pay torpaqlarında bir zamanlar susuzluqdan heç kim heç nə əkə bilmirdi. Amma bu gün Şəmkirçay kanalının açılışı bizim camaatın torpağa bağlılığını daha da möhkəmləndirdi. Bu gün demək olar ki, bizim kəndlərimizdə bir hektar da olsun boş torpaq qalmayıb. Bütün kənd camaatı torpağa qayıdıb, əkir, biçir, becərir, əldə etdiyi gəlirləri ailəsi üçün xərcləyir, övladlarına toy edir, ev tikir. Bu da bizim üçün ən yüksək göstəricidir.

Mən Sizi bizim rayonumuza gəlişiniz münasibətilə bir daha təbrik edirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, biz Samux qadınlarının salamlarını Mehriban xanıma çatdırasınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm.

x x x

Rayon sakini Aidə NAMAZOVA dedi:

-Möhtərəm cənab Prezident, mən də Sizi salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Samux haqqında fikirlərimi bildirmək istərdim.

Samux rayonu 1990-cı illərdə yaradılıb. Nəinki o vaxtkı, hətta 10-15 il bundan əvvəlki Samuxla indiki Samuxu müqayisə etsək, görərik ki, inanılmaz dərəcədə dəyişiklik baş verib. 1990-cı illərdə rayon mərkəzi palçıqlı, əyri yollardan, bir neçə küçədən ibarət qəsəbə idi. 2008-ci ildə Sizin Sərəncamınızla rayon mərkəzi şəhər statusu aldıqdan sonra burada böyük quruculuq-abadlıq işləri həyata keçirildi. Sizin yüksək diqqət və qayğınız sayəsində Samux böyüdü, abadlaşdı, parklar, xiyabanlar, yaşıllıqlar salındı, müasir tipli binalar tikildi. Əlbəttə, Sizin qayğınız sayəsində insanların həyat səviyyəsi yüksəldi. Siz qeyd etdiyiniz kimi, yeni iş yerləri açıldı, sosial obyektlər, məktəb binaları tikildi. Bütün bunlar bizim üçün böyük fəxrdir. Biz bilirik ki, bunlar Sizin gərgin əməyinizin nəticəsidir. Eyni zamanda, biz bilirik ki, bu tədbirlərin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanımın da böyük dəstəyi, əməyi var. Biz Sizə minnətdarlığımızı bildiririk. Mehriban xanıma da minnətdarlığımızı çatdırmağı Sizdən xahiş edirik.

Möhtərəm cənab Prezident, şagirdlərlə və valideynlərlə daim təmasda olan bir pedaqoq kimi Sizə onu deyim ki, bu gün bütün insanlar Sizi çox böyük məhəbbətlə sevirlər. Onlar istəyirlər ki, Siz həmişə bizim prezidentimiz olasınız. Çünki Siz bu etimadı yorulmaz fəaliyyətinizlə qazanmısınız. Siz öz fəaliyyətinizlə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etmisiniz. Bu yolda Sizə uğurlar arzulayırıq. Bu gün biz samuxlular bütün xalqımız kimi, Sizə güvənərək, Sizə inanaraq, gələcəyə daha xoş ümidlərlə yaşayırıq. Qoy, Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm. Xoş sözlərə görə sizə minnətdaram.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb
2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Loading Bars
Xəbər lenti
David Norkuist Pentaqon rəhbəri vəzifəsini icra etməyə başlayır
Trump yeni administrasiyanın gəlişini etiraf etdi
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."
Lənkəranda üçmərtəbəli binada yanğın olub
Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi
Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir
2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 7 218 nəfər sağalıb
Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş seminar keçirilib
Sumqayıtda fərdi evdə yanğın baş verib
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Ermənistanın yalanları dünyanı 20 Yanvar faciəsinin əsl mahiyyətindən yayındırmağa yönəlib - Politoloq
Qarabağda Rusiya və Azərbaycan xilasedicilərinin birgə fəaliyyəti ilə 210 ədəd mina zərərsizləşdirilib (FOTO)
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Pambıqçılığın inkişafı ilə bağlı ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib (FOTO)
İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq - Könül Nurullayeva
BNA-da Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib
Bakıda yol qəzası tıxaca səbəb olub
“YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib (FOTO)
İran Qarabağın bərpasında aktiv iştirak etmək niyyətindədir - Nümayəndələr Azərbaycana səfər edəcək
Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə Azərbaycan xalqının qürurunu sındırmaq istəyirdi - Arzu Nağıyev (VİDEO)
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikan cavab verib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN çavuşu (FOTO)
Kəlbəcər rayonunun Çopurlu kəndi (FOTO/VİDEO)
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
YAP Zəngilan rayon təşkilatında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
ADU-da 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib
Azərbaycana gələn Türkiyə vətəndaşları üçün etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib
İşğaldan azad olunan əraziləri minalardan təmizləmək üçün Rusiyadan yeni avadanlıqlar gətirildi (FOTO/VİDEO)
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Türkdilli dövlətlər arasında əməkdaşıq perspektivləri müzakirə edilib
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 71,8 milyon manat daxil olub
Xaçmazda Şəhidlər Xiyabanı yenidən qurulub (FOTO)
Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub
Azərbaycan - Türkiyə media platforması birgə əməkdaşlığa yeni çalarlar qatacaq - Naqif Həmzəyev
Sabirabadda “Mercedes” yanıb
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqlandırılıb (FOTO)
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq
15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir
Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Koronavirusla bağlı nəqliyyat vasitələrində yol verilən nöqsanlar açıqlanıb
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (FOTO/VİDEO)
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edirik - Bağdad Amreyev
YAP 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verdi
Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb - Nazirlik rəsmisi
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir - Ekspert
Prezident İlham Əliyev: Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək
Azərbaycan Prezidenti: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
BNA sürücü və sərnişinlərə xəbərdarlıq etdi
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib
Prezident İlham Əliyev: Gələcək nəsillər yadda saxlasınlar ki, yalnız öz gücümüzə güvənməliyik
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
Prezident İlham Əliyev: Xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar
MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların ictimai birliklərinin rəhbərləri ilə işçi görüş olub (FOTO)
“Azərsu” vətəndaşlara müraciət edib (FOTO)
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
MİDA və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş birgə sosial aksiyası keçirilib (FOTO)
Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq - Deputat
İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb (FOTO)
Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı
Beynəlxalq Multikulturalizm jurnalı Ali Attestasiya Şurasında qeydiyyata alınıb
Bakı Ali Neft Məktəbində “Qarabağın Təbii Sərvətləri” mövzusunda vebinar keçiriləcək
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC “Qarabağ Dirçəliş Fondu”na 400 min manat ianə köçürüb
Torpaq sahələrində aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Ötən il özəlləşdirmə və icarədən büdcəyə 72 milyon manat daxil olub
İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub, 87 nəfər ölüb
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub
Aİİ-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək (FOTO)
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi
Ombudsman 20 Yanvar abidə kompleksini ziyarət edib (FOTO)
Məktəblərin açılması xəbərlərinə Təhsil nazirliyindən cavab
Ötən il Mətbuat Şurasına göndərilən şikayətlərin sayı açıqlanıb
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Bütün xəbərlər