...

Elmar Məmmədyarov Tacikistanın yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 29 Avqust 2017 17:02 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın yeni təyin olunmuş səfirini qəbul edib.
Elmar Məmmədyarov Tacikistanın yeni səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın yeni təyin olunmuş səfirini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə səfir Soli Rüstəm etimadnaməsinin surətini nazirə təqdim edib.

S.Rüstəm ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti