...

Rusiyalı politoloq: Yeni Bakının obrazı gələcəyin obrazıdır

Siyasət Materials 14 Sentyabr 2017 13:18 (UTC +04:00)
Yeni Azərbaycanın, yeni Bakının obrazı gələcəyin obrazlarıdır.
Rusiyalı politoloq: Yeni Bakının obrazı gələcəyin obrazıdır

Moskva: Trend:

Yeni Azərbaycanın, yeni Bakının obrazı gələcəyin obrazlarıdır.

Trend-in məlumatına görə, bunu Moskvada “Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru” konfransında rusiyalı jurnalist, politoloq Aleksandr Proxanov deyib.

Ekspertin fikrincə, Azərbaycan Cənubi Qafqaz haqqında yeni təsəvvür formalaşdırır: “Mən Azərbaycanın daxili problemlərini bu gün necə həll etdiyini görmüşəm. Hazırda yeni Azərbaycan cəmiyyətinin formalaşması gedir”.

O vurğulayıb ki, Azərbaycan bir çox ölkələrlə münasibətlərini balanslaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti