Moskva. Trend:
Rusiyaya qarşı yaxşı münasibət həmişə Azərbaycan xalqının qəlbində olub.
Trend-in məlumatına görə, bunu Milli Məclisin düputatı, Azərbaycanda rus icmasının sədri Mixail Zabelin Moskvada “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransında deyib.
O bildirib: "SSRİ dağılandan sonra gərgin dövr idi. Həmin dönəmdə ölkədə rus dilini qoruyub saxlamaq çətin idi və əgər ümummilli lider Heydər Əliyev və Azərbaycan xalqı olmasaydı, bunu etmək mümkün olmazdı".
Onun sözlərinə görə, bu gün Azərbaycan hökumətinin sayəsində ölkədə rus dili qorunub saxlanılıb və inkişaf edir.
Deputat əlavə edib ki, iki ölkə arasında bu gün də sıx tərəfdaşlıq münasibətləri inkişaf edir.
M.Zabelin qeyd edib: "Azərbaycan xalqı həmişə qonaqpərvərliyi, dostcanlı olması ilə və heç kəsin ərazilərinə iddiası omayan xalq kimi tanınıb".