Bakı. Ənvər Məmmədov - Trend:
Surinam Azərbaycanla maliyyə sahəsində təcrübə mübadiləsində maraqlıdır.
Bunu özəl olaraq Trend-ə Surinamın maliyyə naziri Gillmor Hofdrad deyib.
O qeyd edib ki, neft qiymətlərinin kəskin azalması ilə bağlı yaranmış böhran hər iki ölkəyə eyni dərəcədə təsir edib.
Nazirin sözlərinə görə, hər iki ölkə neft sektorundan asılılığını azaltmaq üçün oxşar addımlar atıb və Azərbaycanın iqtisadiyyatın diversifikasiyası ilə bağlı təcrübəsi Surinam üçün maraqlı ola bilər.