...

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakıya gəlib (FOTO/VİDEO)

Siyasət Materials 19 Sentyabr 2017 14:20 (UTC +04:00)
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər.
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakıya gəlib (FOTO/VİDEO)

Bakı. Trend:

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti