...

Elman Nəsirov: Sarkisyanın Azərbaycanla bağlı yalan, iftiralarla dolu çıxışının növbəti dəfə şahidi olduq

Siyasət Materials 20 Sentyabr 2017 17:43 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla bağlı yalan, iftiralarla dolu çıxışının növbəti dəfə şahidi olduq.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O qeyd edib ki, Sarkisyanın çıxışı bir daha dünyaya nümayiş etdirdi ki, bu dövlət baş tutmuş dövlət deyil və onun başçısının çıxışı kifayət qədər lokal məzmunludur, heç bir beynəlxalq gündəlik müəyyən edən məsələlərə aidiyyəti yoxdur: "Bu bir daha göstərdi ki, dünyanı narahat edən məsələlər Sarkisyanı narahat etmir, onun çıxışı yalnız əsassız ittihamlardan ibarətdir, yalan, iftiralarla qurulan cümlələrdir. Əvvəla, Ermənistan prezidenti yenə çıxışında qondarma "erməni soyqırımı" iddialarını gündəmə gətirib. Bundan sonra isə o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenidən erməni yalanlarını beynəlxalq tribunada səsləndirib, özünü rüsvay etdi. O,BMT kürsüsündən yenidən ərazi bütövlüyü prinsipini qəbul etmədiyini bildirdi. O bir daha beynəlxalq hüquq prinsiplərini qəbul etmədiyini ortaya qoydu. Bu da beynəlxalq müşahidəçilərin diqqətindən heç bir halda yayınan məsələ deyil".

Deputat qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli tarixi ərazisidir. Sarkisyan isə həmin ərazidə olmayan və yaradılması mümkün olmayacaq qondarma bir rejimin adını çəkir: "Onun bu çıxışı həmçinin BMT rəhbərliyinə hörmətsizlikdir. Ən azından ona görə ki, BMT rəhbərliyinin qəbul etdiyi 4 qətnaməni Sarkisyan rejimi icra etmir. BMT erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi barədə 4 qətnamə qəbul edib. Sarkisyan isə BMT kürsüsündən həmin işğal etdikləri ərazilərdə "demokratik rejim" yaratmaq istədiyini bəyan edir. Sarkisyanın bu çıxışının BMT rəhbərliyi və beynəlxalq müşahidəçilər tərəfindən gülünc fikir kimi qəbul ediləcəyinə şübhəm yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti