Bakı. Trend:
Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Əndrü Şeffer (ABŞ) ilə görüşüb. Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
Trend-in məlumatına görə, bu haqda Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev öz Twitter səhifəsində bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.
E.Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.