Deputat: Rusiyanın bu addımı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini sıfıra endirmək məqsədi daşıyır

Deputat: Rusiyanın bu addımı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini sıfıra endirmək məqsədi daşıyır

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiyanın bu addımı Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünün nəticələrini sıfıra endirmək məqsədi daşıyır. Bunu Trend-ə millət vəkili Elman Nəsirli deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun əsas missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olmaqdır: "Onun hər bir üzvünün fəaliyyətində tərəfsizlik, obyektivlik, neytrallıq əsas prinsiplərdir. Lakin təəssüf ki, bu gün biz Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin Ermənistanı silahlandırdığını görürük".

Deputat bildirib ki, Azərbaycan Rusiyanın bu addımından, yəni Ermənistana 2015-ci ildəki razılaşmada nəzərdə tutulan 200 milyon dollarlıq kreditdən 100 milyonunun ayrılması ilə qərardan çox narazıdır:

"Bu qərar hərbi təyinatlıdır, Ermənistana müasir silah-sursatların ayrılmasını ehtiva edir. Bu, artıq Rusiya tərəfindən Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsinə deyil, onun idarə olunmasına yönəlmiş bir siyasətdir. Özü də belə bir addım Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü ərəfəsində atılır. Bu o deməkdir ki, Ermənistan prezidenti həmin görüş ərəfəsində mövqelərini möhkəmləndirir. Mövqelərini möhkəmləndirən Ermənistan prezidentinin isə danışıqlar prosesində nə qədər qeyri-konstruktiv mövqe tutacağını proqnozlaşdırmaq elə də çətin məsələ deyil. Yəni Rusiyanın atdığı bu addım prezidentlərinin qarşıdakı görüşünün nəticələrini sıfıra endirmək məqsədi daşıyır. Bu isə özlüyündə regionda münaqişənin nizamlanması işinə zərbədir, münaqişənin dinc yolla həlli imkanlarını buxovlayan bir addımdır".

E.Nəsirov vurğulayıb ki, Rusiya münaqişənin həlli ilə bağlı dinc prosesə sadiq qaldığını nə qədər bəyan etsə də, onun bu fəaliyyəti münaqişənin müharibəyə çevrilməsini şərtləndirən amildir:

"Hesab edirəm ki, bu addım nəticə etibarilə regionda təhlükəsizliyə sarsıdıcı zərbə endirə bilər və bunun nəticəsində də regionda daha mürəkkəb bir vəziyyət formalaşa bilər. Əlbəttə ki, belə situasiyaya görə məsuliyyət ilk növbədə Ermənistanın, onu silahlandıran Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin, eləcə də beynəlxalq ictimaiyyətin üzərinə düşəcək. Təbii ki, bu halda Azərbaycan heç bir məsuliyyət daşımır. Azərbaycan münaqişəsinin dinc yolla həllini istəyir".

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Yığmamız dünya birinciliyinə qatılacaq
Yığmamız dünya birinciliyinə qatılacaq
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramovla Bağdad Amreyev arasında telefon danışığı olub
Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb
Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTO)
Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında "Xarıbülbül" festivalından yazıb (FOTO)
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib (FOTO)
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (FOTO)
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm addım
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında qidanın mənimsənilməsi və digər qanun pozunutuları aşkarlanıb
AQTA sədri Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətini qəbul edib (FOTO)
Rusiya Azərbaycanın 126 pomidor istehsalı müəssisəsinə bu ölkəyə məhsul ixracına icazə verib
Türkiyyə ordusu PKK-nın məsul şəxsini zərərsizləşdirib (VİDEO)
Teledərslərin mayın 19-na olan cədvəli
Könül Nurullayeva AŞPA-nın komitə iclasında Azərbaycanda multikulturalizm ənənələrindən söz açıb (FOTO/VİDEO)
AzTV-nin verilişi Laçından yayımlanacaq (VİDEO)
Rüşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı, cinayət işi başlandı
Dövlət Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i fəaliyyətə başlayıb
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib (FOTO)
Mayın 19-na USD/AZN rəsmi məzənnəsi
Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
Azərbaycanlı mütəxəssislərin hazırladığı rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları çap olunub
Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi
Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN
Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?
İspaniya 3 minə yaxın miqrantı Mərakeşə geri göndərib
QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşüb (FOTO)
Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir
Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiqə hökm oxundu
Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir - Belarus müdafiə naziri
Prezident İlham Əliyev: Bu gün Belarus və Azərbaycan əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir
Avropa azərbaycanlıları soydaşlarımıza çağırış edib (FOTO)
Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan bu ölkələrdən quş əti idxalına məhdudiyyət qoyub
“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub (FOTO)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib (YENİLƏNİB) (VİDEO)
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycanda qızıl və gümüş bahalaşır
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)
İranda ötən sutka 14 min nəfər koronavirusa yoluxub, 310 nəfər ölüb
Azərbaycanlılar BMT qərargahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)
Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir - Sevil Mikayılova
Qəbələ Dəmiryol Vağzalı (FOTOSESSİYA)
Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
“Xarıbülbül” festivalı Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Tamam Cəfərova
Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib
Dəmir yolu ilə yükdaşımalar artıb
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
"Telegram"ın işində qüsurlar yaranıb
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Ermənistanın Azərbaycanın mədəni irsinə dağıdıcı rəftarı beynəlxalq hüququn pozuntusudur - Yaşar Əliyev
Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq
Yevlax bazarında nöqsanlar - Nehrə yağı adı ilə bitki yağları satılır (FOTO)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir
"8 Noyabr" stansiyasının şəhid Xudayarın səs yazısı ilə səsləndirilməsi montajdır - Metropoliten
1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib (FOTO)
Kəpəz dağında Nizami Gəncəvi zirvəsi təsis olunub (VİDEO)
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin edilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir (SİYAHI)
Təlimlərin gedişi barədə məruzələr dinlənilib (FOTO)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə infrastruktur işlərinə başlanılıb (VİDEO)
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb
Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - ADY-dən açıqlama
Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur - Dövlət Turizm Agentliyi
Xırdalanda vaqon yanıb (ƏLAVƏ OLUNUB)
TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Binəqədidə bir neçə mağaza yanıb
Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Kanada bu həftə 4,5 milyon doza koronavirus peyvəndi alacaq
Qazaxıstanda koronavirusa daha 1 837 nəfər yoluxub
Bütün xəbərlər