...

Baş konsul: Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmlənməsinə xüsusi diqqət yetirilir (FOTO)

Siyasət Materials 18 Oktyabr 2017 09:43 (UTC +04:00)
Azərbaycan hökuməti ölkədə mövcud olan multikulturalizm və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir.
Baş konsul: Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmlənməsinə xüsusi diqqət yetirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan hökuməti ölkədə mövcud olan multikulturalizm və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Fullerton Kollecində tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxışında deyib.

Çıxışdan əvvəl nümayiş etdirilən və Azərbaycanın əsrarəngiz təbiəti, mədəniyyəti, Bakının gözəlliyi və görməli yerlərinin əks olunduğu video-çarx iştirakçıların böyük marağına səbəb olub.

Mühazirədə N.Ağayev Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, neft strategiyası, müstəqil dövlət kimi inkişafı, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, Azərbaycan hökumətinin bu ənənələrin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını bildirib.

Baş konsul daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalçılıq və etnik təmizləmə siyasəti barədə mühazirə iştirakçılarını məlumatlandırıb. Çıxışdan sonra N.Ağayev tələbələrin suallarını cavablandırıb.

25 min tələbənin təhsil aldığı Fullerton Kolleci Kaliforniyanın ən qədim ali təhsil müssisələrindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti