...

Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək (YENİLƏNİB)

Siyasət Materials 18 Oktyabr 2017 13:22 (UTC +04:00)
Oktyabrın sonunda Avropa Komissiyasının nümayəndələri Azərbaycana səfər edəcəklər.
Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Oktyabrın sonunda Avropa Komissiyasının nümayəndələri Azərbaycana səfər edəcəklər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, səfərdə məqsəd Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq üzrə yeni sazişlə bağlı müzakirələrin aparılmasıdır.

E.Məmmədyarov bildirib ki, Avropa Komissiyası nümayəndələrinin səfəri zamanı sazişin ikinci fəsli müzakirə olunacaq:

"Azərbaycan Avropa İttifaqı ilə bütün sahələrdə münasibətləri müzakirə etməyə hazırdır. Bu saziş bizim üçün strateji əhəmiyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti