Bakı. Trend:
2017-2018-ci illər regionda əhəmiyyətli iqtisadi layihələrin həyata keçməsi ilə tarixə düşür.
Trend-in məlumatına görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü deyib.
Səfir bunu deyərkən Bakı-Tbilis-Qars dəmiryolu və Cənubi Qafqaz boru kəməri layihəsinin genişlənməsini nəzərdə tutub.
Səfir deyib: "Oktyabın 30-da Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk qatar hərəkət edəcək, mütəmadi yük və sərnişin əlaqəsi isə 2018-ci ildə başlayacaq. Bundan başqa gələn ilin 1-ci yarısında, mart və ya arpeldə Türkiyə yeni layihə çərçivəsində Gürcüstan vasitəsi ilə Azərbaycan qazı alacaq. İlk mərhələdə ildə 6 milyard kubmetr təbii qaz alınması mümkün olacaq. Transanadolu və Transadriatik boru kəmərlərinin tikintisi başa çatdıqdan sonra isə bu həcm 16 milyard kubmetrə çatacaq".
Səfirin sözlərinə görə, illər sonra tarixçilər bu iqtisadi layihənin əhəmiyyətindən danışacaq və 2017-2018-ci illəri tarixi illər kimi xatırlayacaq.
Daha sonra səfir əlavə edib: "90-cı illərdə bu layihələr başlayarkən çoxları buna inanmırdı, lakin biz Bakı-Tbilis-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərini tikdik. İndi bizim dostluğumuz və strateji tərəfdaşlığımız elə bir səviyyəyə qalxır ki, yalnız bizə deyil, bütün dünyaya xeyir gətirəcək".