...

Elmar Məmmədyarov: Ermənistanın BTQ-yə qoşulması üçün Dağlıq Qarabag munaqişəsi həll edilməlidir (YENİLƏNİB-2)

Siyasət Materials 2 Noyabr 2017 13:21 (UTC +04:00)
Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinə qoşulması üçün ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabag munaqişəsi həll edilməlidir.
Elmar Məmmədyarov: Ermənistanın BTQ-yə qoşulması üçün Dağlıq Qarabag munaqişəsi həll edilməlidir (YENİLƏNİB-2)

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinə qoşulması üçün ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabag munaqişəsi həll edilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan monteneqrolu həmkarı Srcan Darmanoviçlə birgə mətbuat konfransı zamanı jurnalistlərə deyib.

E.Məmmədyarov qeyd edib: "Bizim şərtlərimiz dəyişməz qalır. İlk növbədə, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır. Azərbaycan torpaqları azad olunmalıdır. Bundan sonra Ermənistanla əməkdaşlıq və mehriban qonşuluq münasibətlərindən danışmaq olar".

Nazir bildirib ki, müqaviləyə uyğun olaraq Bakı-Tbilsi-Qars dəmir yolu ilə əməliyyatlar üzrə birgə şirkət yaradılacaq: "Bu şirkət BQT üzrə yükdaşımalarına nəzarət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti