...

Mehriban Əliyevanın göstərişi ilə bəstəkar Tahir Əkbərin müalicə xərcləri Heydər Əliyev Fondu tərəfindən ödəniləcək (YENİLƏNİB)

Siyasət Materials 3 Noyabr 2017 15:44 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin müalicə xərcləri fond tərəfindən ödəniləcək.
Mehriban Əliyevanın göstərişi ilə bəstəkar Tahir Əkbərin müalicə xərcləri Heydər Əliyev Fondu tərəfindən ödəniləcək (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin müalicə xərcləri fond tərəfindən ödəniləcək.

T.Əkbərin həyat yoldaşı Aybəniz Əkbər Trend-ə açıqlamasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirib:

“Mehriban xanım hər zamankı kimi yenə də sənət adamlarının qayğısına qalır və hərtərəfli dəstək göstərir. Ailəmiz, sənətsevər insanlar adından Mehriban xanıma minnətdarlığımızı bildiririk ki, sənət adamına bu qədər diqqət göstərir”.

Onun sözlərinə görə, T.Əkbərin vəziyyətində bu gün müəyyən irəliləyiş müşahidə olunub: "Hazırda Kliniki Tibbi Mərkəzdədir, lakin Respublika Diaqnostika Mərkəzinə köçürüləcək. Həkimlər nə lazımdırsa edirlər".

Qeyd edək ki, bəstəkar T.Əkbər bir neçə gün öncə insult keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti