...

DİN-ə yollarda parklanma yerlərinin təşkili ilə bağlı səlahiyyətlər verildi

Siyasət Materials 3 Noyabr 2017 17:31 (UTC +04:00)
DİN-ə yollarda parklanma yerlərinin təşkili ilə bağlı səlahiyyətlər verilib.
DİN-ə yollarda parklanma yerlərinin təşkili ilə bağlı səlahiyyətlər verildi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.17-1-ci yarımbənd əlavə edilir:

“3.1.17-1. dövlət avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış təkliflər verir, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsində iştirak edir;”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti