Azərbaycan alimi Fazil Zeynalovun Avropada ingilis dilində yeni kitabı nəşr edilib

Azərbaycan alimi Fazil Zeynalovun Avropada ingilis dilində yeni kitabı nəşr edilib

Bakı. Trend:

Dünyada məşhur olan “Peter Lang” nəşriyyatı Azərbaycan alimi, Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun “Azərbaycan Avrasiyanın qovuşuğunda: dünyanın böyük güclərinin çəkişməsi kontekstində millətin kəşməkəşli taleyi” adlı kitabını ingilis dilində çap edib.

Beynəlxalq şəbəkəyə malik nəşriyyat kitabı Frankfurt, Bern, Brüssel, Oksford, Vyana, Varşava və Nyu-Yorkda nəşr edib və dünyanın müxtəlif ölkələrində satışa çıxarıb.

Tədqiqatçı F.Zeynalov kitabda Azərbaycan xalqının qədimdən bu günədək keçdiyi kəşməkəşli yolu tarixi dövrlər üzrə təsvir edib, hər bir dövrə xas xüsusiyyətləri ayrıca təhlil edib. O, Manna, Qafqaz Albaniyası, Atropatena, Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Səfəvilər dövlətləri barədə ingilisdilli oxuculara ətraflı məlumat verib, Azərbaycanın xanlıqlara parçalanması və ondan sonra üzləşdiyi vəziyyətə dair ümumiləşdirmələr aparıb. Kitabda Azərbaycanın tarixi, sosial-iqtisadi vəziyyəti və inkişaf xüsusiyyətləri sanballı elmi mənbələr əsasında araşdırılıb.

Müəllif tədqiqat əsərində Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşdiyini, onun beynəlxalq ticarətin inkişafına xüsusi töhfə verdiyini qeyd edərək, eyni zamanda, bu strateji coğrafi mövqenin ölkəni vaxtaşırı müxtəlif imperiyaların hücumlarına məruz qoyduğunu bildirib. Lakin tarixi Azərbaycan dövlətləri öz strateji mövqelərini daim dəyərləndirib, inkişaf edib, regionun aparıcı dövlətlərinə çevrilməyi bacarıb və güclər tarazlığında xüsusi mövqeyə malik ola biliblər. Məhz bunun nəticəsində onlar fəal diplomatik fəaliyyət göstəriblər. Bütün bu proseslərin fonunda Azərbaycan xalqı öz dövlətçilik ənənələrini daim möhkəmləndirə bilib və XX əsrin əvvəllərində gərgin beynəlxalq şəraitə baxmayaraq, öz milli dövlətini yaradıb.

Kitabda müasir Azərbaycan tarixi xüsusi olaraq araşdırılıb, onun bütün çalarları və özünəməxsus inkişaf xüsusiyyətləri oxucuların diqqətinə çatdırılıb. O da vurğulanıb ki, müsəlman Şərqində ilk demokratik respublikanın təşəkkül tapdığı Azərbaycan SSRİ-nin tərkibindən çıxdıqdan sonra yenidən demokratik inkişaf modelinə keçid edib. Azərbaycan xalqı tarix baxımından qısa müddət ərzində baş verən bu böyük dəyişikliklərin öhdəsindən gəlib və öz dövlətçiliyini daim qorumağı bacarıb. Müəllif müasir tarixi şərti olaraq “Birinci”, “İkinci” və “Üçüncü” respublika fəsillərinə bölərək təhlil edib.

Tədqiqat əsərində o da bildirilib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, Ermənistanın hərbi təcavüzü ölkə daxilində sabitliyin pozulması ilə müşayiət olunub. Müəllif bu amillərin şərhi fonunda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını, onun Azərbaycanı təlatümlərdən xilas etməsini bütün təfsilatı ilə oxucuların diqqətinə çatdırıb.

Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycanda sabitliyin bərqərar edilməsində, siyasi və iqtisadi islahatların həyata keçirilməsində mühüm rolu, bu siyasi, iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xüsusi vurğulanıb. Məhz bunun nəticəsidir ki, son illər ölkədə müxtəlif sahələr üzrə innovativ proqramlar qəbul edilib, yeni iqtisadi prioritetlər müəyyənləşdirilib və Azərbaycanın yeni inkişaf modeli hazırlanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan böyük tarixi nailiyyətlər əldə edib.

Nəşrdə, həmçinin Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Dağlıq Qarabağa muxtar vilayət statusunun verilməsi məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri təhlil edilib və faktlarla sübuta yetirilib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub.

Kitabda, eyni zamanda, Azərbaycanda neft və qaz resurslarının istismarı, xüsusilə yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin qlobal əhəmiyyətli iştirakçıya çevrilməsindən bəhs edilib, Azərbaycan mühüm infrastruktur layihələrinin həm təşəbbüskarı, həm də aparıcı qüvvəsi kimi təqdim edilib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan 408 səhifəlik kitab 15 fəsildən ibarətdir və qədim tarixindən bu günə qədər Azərbaycan haqqında geniş məlumatları özündə əks etdirən çox faydalı əyani vəsaitdir. Kitab ABŞ Konqres Kitabxanası və Almaniya Milli Kitabxanasında qeydiyyatdan keçib.

Bu, müəllifin Avropanın nüfuzlu nəşriyyatlarında nəşr olunan sayca 8-ci kitabıdır.

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Loading Bars
Xəbər lenti
Ağstafada top mərmisi tapılıb (FOTO)
Belarusda prezident seçkilərində seçici fəallığı 84,05 faiz olub
Nigerdə 6 fransalı turist qətlə yetirilib
Livanda daha bir nazir istefaya gedib
MSK: Lukaşenko prezident seçkilərində liderdir (ƏLAVƏ OLUNUB)
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı
Ağsuda zəlzələ olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 273 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər
İsraildə ordumuza dəstək yürüşü keçirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 223 min nəfəri ötüb
"Exit poll": Lukaşenko Belarusda keçirilən prezident seçkilərində 79,7% səslə qalib gəlib
Belarusda prezident seçkilərində səsvermə başa çatıb
Beyrutda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 5 milyonu keçdi
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub
Naqif Həmzəyev: Belarusda əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq
Koronavirusa yoluxma riskinin artmasına yol verməmək üçün vətəndaşlar sıxlığın az olduğu çimərliklərə getməlidirlər (FOTO)
Kabilin mərkəzində partlayış baş verib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)
ABŞ-da atışma olub, ölən var
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir (FOTO/VİDEO)
Çimərliklərdə sıxlıq davam edir - Nəzarət tədbirləri gücləndirilib
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Paytaxtda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
İranda daha 163 nəfər koronavirusdan ölüb
Arzu Nağıyev: Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir (FOTO)
İranda güclü zəlzələ olub
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO)
Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% təşkil edib
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək
Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu vəfat edib
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (FOTO/VİDEO)
Arye Qut: Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib
ADPU-da “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib (FOTO)
Şamaxıda "Mercedes" yanıb
Bakı sakini qardaşı tərəfindən qətlə yetirilib
Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Xəzər dənizində zəlzələ olub
Esper: Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq
Abşeronda transformator yanıb
Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)
Çində ötən sutka ərzində 23 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Çexiyada yaşayış binasında yanğın olub, 11 nəfər ölüb
Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 284 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub
Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib
Masallıda meşə ərazisində yanğın olub
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 222 min nəfəri ötüb
Pirlo "Yuventus"un baş məşqçisi təyin edildi
Mingəçevirdə birmərtəbəli ev yanıb
Tamam Cəfərova: Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
Pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi “Hədəf”də təhlil olunub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edir (FOTO)
Beyrutda etirazçılar XİN-in və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar (ƏLAVƏ OLUNUB)
Bakıda zəncirvari qəza yolda tıxaca səbəb oldu (VİDEO)
Deputat: Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb (FOTO)
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib
Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatıb
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib
Azərbaycanda koronavirusa yoluxanların 89 faizi sağalıb
AQTA daha 70 obyektdə pozuntular aşkarlayıb
Azərbaycanlı Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub (FOTO)
Arzu Nağıyev: Belarusda seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər (FOTO/VİDEO)
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq
İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq
Hikmət Babaoğlu: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib (FOTO)
Bakıda üçmərtəbəli binanın alkopan divarları yanıb
Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO/VİDEO)
Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Bütün xəbərlər