Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə çevrilib

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə çevrilib

Bakı. Trend:

Azərbaycan Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə çevrilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 14-də Parisdə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilmiş qəbulda çıxışında deyib.

Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib: "Cənab baş katibin müavini. Cənab Baş Assambleyanın prezidenti. Zati-aliləri. Hörmətli Beynəlxalq Sərgilər Bürosunun üzvləri. Xanımlar və cənablar. Əziz dostlar. İlk növbədə hamınızı salamlamaq, dəvətimizi qəbul etdiyiniz və bu axşam bizimlə bir yerdə olduğunuz üçün sizə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük şərəfdir.

Bu axşam aramızda olduğu üçün Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzesə təşəkkürümü bildirmək istəyirəm. Bu fürsətdən istifadə edib Beynəlxalq Sərgilər Bürosunun rəhbərliyinə və onların fədakar komandasına Azərbaycan hökuməti ilə yüksək səviyyəli əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm".

Mehriban Əliyeva bildirib ki, Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının fəal üzvüdür: "Bizim pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq".

Azərbaycanın Birinci vitse-prezidenti deyib ki, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır: "Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir.

Əsrlər boyu ölkəmiz qitələrin və sivilizasiyaların kəsişməsində yerləşib. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır".

Mehriban Əliyeva qeyd edib ki, iki min il ərzində qədim İpək Yolu bugünkü Azərbaycandan keçib: "Ümumdünya Sərgisi kimi bu yol bilik və bacarıqların paylaşılması üçün əhəmiyyətli bir dəhliz olub. Bu, ölkəmizin tarixini, mədəniyyətini və tolerant imicini formalaşdırıb".

Birinci vitse-prezident bildirib ki, əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar: "Etnik və dini müxtəliflik və multikulturalizm sadəcə dövlət siyasətimiz deyil, eyni zamanda, bizim həyat tərzimizdir. Bu, bizim tariximizdir və günümüzün reallığıdır. Biz dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq".

Mehriban Əliyeva vurğulayıb ki, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur: "Biz hazırda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradırıq. Tariximiz və bugünkü reallıq bunun mümkünlüyünü sübut edir. Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etdik. 2015-ci ildə keçirilən birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir.

Xanımlar və cənablar, gələn il biz müsəlman dünyasında ilk parlamentar və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcəyik. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu respublika irqindən, etnik mənsubiyyətindən, dinindən, cinsindən və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarının bərabərliyinə hörmət prinsipinə əsaslanan müasir Azərbaycan dövlətçiliyinin demokratik ənənəsinin təməlini qoymuşdur. Hələ 1918-ci ildə Azərbaycan dünyada kişilərlə bərabər qadınlara siyasi hüquqlar verən, o cümlədən səsvermə hüququ verən ilk ölkələrdən biri olmuşdur".

Birinci vitse-prezident əlavə edib: "Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunmuşdur və işğal hələ də davam edir. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Mehriban Əliyeva vurğulayıb ki, münaqişəyə, yeni siyasi sistemə və bazar iqtisadiyyatına keçidin yaratdığı əlavə çağırışlara baxmayaraq, Azərbaycan uğurlu inkişaf strategiyasını tətbiq edərək, zəruri siyasi və iqtisadi islahatları həyata keçirə bilib: "Bu, bizə müstəqilliyimizi möhkəmləndirməyə, vətəndaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmağa və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin etməyə imkan vermişdir. Siyasi, iqtisadi və sosial sabitlik uğurlu inkişafımızın möhkəm təməlini təşkil edir.

Nəticədə, 2004-cü ildən 2014-cü ilədək ümumi daxili məhsulumuzun həcmi üç dəfə artdı və Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrildi. Bu müddətdə 1 milyon 600 mindən çox iş yeri yaradıldı. İşsizliyin səviyyəsi 5 faizdir – bu, dünyada ən aşağı göstəricilərdən biridir. Həmin dövr ərzində biz yoxsulluğun səviyyəsini 40 faizdən 5 faizədək azaltmağa nail olduq. Ölkə üzrə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana və 50-dən artıq idman kompleksi inşa edildi".

Birinci vitse-prezident bildirib ki, 2009-cu ildə Azərbaycan Dünya Bankı tərəfindən “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirildi: "Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik İndeksi” Azərbaycanı 137 ölkə arasında 35-ci yerə layiq gördü".

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan öz nadir geostrateji mövqeyindən faydalanaraq Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə çevrildi və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biri oldu. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2017-ci il oktyabrın 30-da açılışı qeyd edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bir sıra nəhəng beynəlxalq infrastruktur layihələrinin təşəbbüskarı olub və onları həyata keçirib. Uzunluğu 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur:

"Bu gün biz, həmçinin beynəlxalq bazarlar üçün yeni təbii qaz mənbəyi olan və Avropanın enerji təhlükəsizliyini gücləndirən, dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin reallaşmasında aparıcı rol oynayırıq. Bu nümunələrin hər zaman ən böyük dəyəri - müxtəlif qitələr, ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu, bacarıq və biliklərin mübadiləsini təşviq edən qədim İpək Yolunun bərpasına Azərbaycanın verdiyi əməli töhfəni sübuta yetirir.

Hörmətli qonaqlar, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır.

Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo 2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək.

Biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq".

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək: "Bu sərgi yeni bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Bu sərgi, həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək fürsətini verəcək.

Təklifimiz uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.

Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq.

Sonda, əziz dostlar, mən Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün bizim təklifimizi dəstəkləmək məqsədilə əsas məqamları bir daha diqqətinizə çatdırmaq istəyirəm:

1. Bizim müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tariximiz var.

2. Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir məkandır.

3. Biz siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkəyik.

4. Sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixin və müasirliyin nadir qarışığını təcəssüm etdirir.

5. Azərbaycan turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin vətəndaşlarına asan girişi və onlara elektron vizaların verilməsini təmin edən ölkədir.

6. Zəngin mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə ki, bizim üstünlüyümüzdür".

Mehriban Əliyeva deyib ki, Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaq: "Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır.

2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq.

Mən hamınıza gözəl axşam arzu edirəm və diqqətinizə görə sağ olun".

"İnstaqram"ın işində qüsurlar yaranıb
"İnstaqram"ın işində qüsurlar yaranıb
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi (FOTO)
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi (FOTO)
“AzInTelecom” yeni “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib
“AzInTelecom” yeni “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib
Loading Bars
Xəbər lenti
Çində sutka ərzində daha 8 nəfər koronavirusa yoluxub
Yaponiyada rəqəmsal texnologiyaların inkişafı üçün 130 milyon dollara yaxın məbləğ ayırıla bilər
Fransada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb
Tərtər rayonunda ev yanıb
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb
"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb
Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik
Azərbaycan Prezidenti: Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır
Prezident İlham Əliyev: Ermənistanın məqsədi işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır
Azərbaycan Prezidenti: Biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq
Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
Prezident İlham Əliyev: Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir
Prezident İlham Əliyev: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var
Prezident İlham Əliyev: Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir
Azərbaycan Prezidenti: Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir
Prezident İlham Əliyev: Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib (FOTO)
Bakıda restoranda yanğın olub
Pakistanlı ekspert: Ermənistan İslamafobiyanın dövlət siyasəti olduğu bir ölkədir
Bakıda 127 obyekt karantin qaydalarını pozduğuna görə cərimələndi
Bakıda yanğın var: Küçədə hərəkət dayndırılıb (VİDEO)
Meksika prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Böyük Britaniya bir sıra ölkələrdən gələnlərə yenidən karantın tətbiq edəcək
Prokurorluq Yusif İldırımzadənin qaynının öldürülməsi xəbərinə aydınlıq gətirdi
“Azərbaycan görüntü xatirinə danışıqlarda iştirak etməyəcək” – “Hədəf”də TƏHLİL
Sentyabrın 25-i üçün teledərslərin cədvəli açıqlanıb
Bakıda mənzildən iki qadın meyiti tapılıb
İsveçdə Böyük Britaniya səfirliyinin yaxınlığında şübhəli zərf aşkar edilib
BP mühəndislik ixtisasları üzrə təhsilə dəstəyini davam etdirir
Yeni dövrü başlayan Balaxanı: Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildirirlər (VİDEO)
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb
Gürcüstan Prezidenti Azərbaycanın Xarici İşlər nazirini qəbul edib (FOTO)
“Aqroservis”: Azərbaycanda gübrə çatışmazlığı yoxdur
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Kənd Təsərrüfatı naziri Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb (FOTO)
YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır
Ermənilər Azərbaycana qarşı təxribatları davam etdirir: Saxta paylaşımlarla Türkiyə-Azərbaycan əlaqələrinə "çamur atılır" (FOTOFAKT)
Prokurorluq Nərimanovdakı qətllə bağlı məlumat yaydı
Azərbaycan nefti bahalaşıb
DİM pandemiya dövründə həyata keçirilən tədbir və fəaliyyətləri açıqlayıb
Ombudsmanın Milli Preventiv Qrupu Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirib
PAŞA Bank AzerGold şirkətinin istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir
HHQ-nin təlim-döyüş uçuşları keçirilir (FOTO/VİDEO)
Ceyhun Bayramov Gürcüstan Parlamentinin Sədr müavini ilə görüşüb (FOTO)
Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü
BMT-nin Baş katibi: Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
DİM sədri: Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir
Xarici işlər naziri: Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək
Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub (FOTO)
Gəncədə Azərbaycan Texniki Universitetinin tədris filialı açılıb (FOTO)
ÜST koronavirus haqqında şayiələrin təhlükəsi barədə xəbərdarlıq edib
Azərbaycanda ilk borc fondu təsis edilib
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik
Dövlət Turizm Agentliyinin və AQTA-nın səlahiyyətləri artırılıb
Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək - DİM sədrindən AÇIQLAMA
Sentyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi
Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
Təhsil naziri “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə görüşüb (FOTO)
Pərvin Kərimzadə: Ölkə Prezidenti qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı
Ali məktəblərdə boş qalan yerlərin sayı açıqlandı
İqtisad Universitetinin bir qrup əməkdaşı fəxri ad və ordenlərlə təltif edildi
Bu rayonda koronavirusa yoluxan 48 aktiv xəstə var - 11 nəfər isə dünyasını dəyişib
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
İqtisad Universitetinin professoru Əli Həsənova Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM
Pakistan səfiri: Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir
Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO)
Yüksək balla ali məktəbə qəbul ola bilməyənlərin sayı açıqlandı
Ceyhun Bayramov Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb (FOTO)
Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir
Deputat: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir
Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfərinin yekunlarına dair məlumat yayılıb (FOTO/VİDEO)
Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi (FOTO)
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI
Məhkəmə Hüquq Şurasının növbəti iclası keçirildi
Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb (FOTO)
Korrupsiya faktına görə Sabirabad məhkəməsinin hakiminə töhmət verildi
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
Mikayıl Cabbarov: “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün böyük perspektiv vəd edir
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub (FOTO)
Bu gün 19 şagirddə koronavirus aşkarlanıb
“Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Azərbaycanda Elektron Su Portalı istifadəyə verilib (FOTO)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hesabat verdi (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 25 min nəfəri keçib
Qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib
Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin nəzərinə
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçilib
Aİ: Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir
Səhiyyə Nazirliyinin şöbə müdiri pandemiya dövründə təhsil müəssisələrindəki vəziyyətdən danışıb
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb (FOTO)
Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirilib (FOTO/VİDEO)
Mikayıl Cabbarov: “AzerGold” istiqrazları vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacaq (FOTO)
LafargeHolcim elmi əsaslı hədəflərlə Sıfır Emissiya Öhdəliyi imzalayıb
Bütün xəbərlər