...

XİN: Azərbaycan Moskvada Minsk qrupunun həmsədrləri ilə aparılmış müzakirələrdən razıdır (YENİLƏNİB)

Siyasət Materials 16 Noyabr 2017 14:44 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.
XİN: Azərbaycan Moskvada Minsk qrupunun həmsədrləri ilə aparılmış müzakirələrdən razıdır (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:17-də yayılıb)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".

X X X

12:17

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"dəki səhifəsində yazıb.

Görüşdə həmsədrlər Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şoferlə (ABŞ) yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti