...

Nazir: Azərbaycan-Rusiya-Qazaxıstan formatı üçtərəfli əməkdaşlıq üçün optimal variantdır (YENİLƏNİB)

Siyasət Materials 20 Noyabr 2017 13:39 (UTC +04:00)
Azərbaycan-Rusiya-Qazaxıstan formatı üçtərəfli əməkdaşlıq üçün optimal variantdır
Nazir: Azərbaycan-Rusiya-Qazaxıstan formatı üçtərəfli əməkdaşlıq üçün optimal variantdır (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan-Rusiya-Qazaxıstan formatı üçtərəfli əməkdaşlıq üçün optimal variantdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov deyib: “Mənim qazaxıstanlı həmkarım bu cür formatın yaradılmasında marağını ifadə edib. Fikrimcə, bu format regional proseslərin inkişafı üçün optimal variantdır”.

S.Lavrov öz növbəsində qeyd edib ki, bu cür formatın yaradılması qarşılıqlı maraqlara əsaslanmalıdır: “Məsələn, Rusiya-Azərbaycan-İran formatı “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsində birgə marağın olması nəticəsində yaranmışdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti