...

Cəbhəboyu zonada yerləşən müxtəlif poliqonlarda komanda-qərargah hərb oyunlarının döyüş atışlı mərhələsi keçirilib (FOTO)

Siyasət Materials 20 Noyabr 2017 17:31 (UTC +04:00)

Bakı. Trend:

Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti