...

Baş konsul Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun sədri təyin olunub

Siyasət Materials 30 Noyabr 2017 10:15 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunaraq, noyabrın 29-dan səlahiyyətlərinin icrasına başlayıb.
Baş konsul Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun sədri təyin olunub

Bakı. Trend:

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunaraq, noyabrın 29-dan səlahiyyətlərinin icrasına başlayıb.

Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Qeyd edək ki, LAKK ABŞ-ın Los Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.

LAKK-ın duayeni Los Ancelesdə fəaliyyət göstərən bütün Konsulluq Korpusunu təmsil edir və buradakı şəhər, ştat və federal qurumlarla, eləcə də digər təşkilatlarla Korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.

Baş konsul Nəsimi Ağayev 29 noyabrda Los Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq, öz müxtəlifliyi və multikulturalizmi ilə seçilən Los Anceles şəhərində Konsulluq Korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə Korpusun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.

Qeyd edək ki, 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu Kaliforniya ştatı da daxil olmaqla, ABŞ-ın 13 qərb ştatına məsuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti