...

Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik edib

Siyasət Materials 30 Noyabr 2017 18:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Rumıniyanın milli bayramı – Birlik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Rumıniyanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, daim genişlənən dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam edən əməkdaşlığımız bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti