...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfərinin VAXTI dəqiqləşdi (ÖZƏL)

Siyasət Materials 1 Dekabr 2017 17:10 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar dekabrın 4-5-də Bakıya səfər edəcək.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfərinin VAXTI dəqiqləşdi (ÖZƏL)

Bakı. Gülqiz Muradova - Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar dekabrın 4-5-də Bakıya səfər edəcək.

Bu barədə Trend-ə Avropa İttifaqının Bakı ofisindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində ölkə rəsmiləri ilə görüşlər keçiriləcək. Ofisdən bildiriblər ki, səfərdə əsas məqsəd Aİ-Azərbaycan münasibətlərini və ATƏT-in Minsk qrupunun apardığı sülh prosesini müzakirə etməkdir.

Qeyd edək ki, T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bu vəzifəyə təyin olunmamışdan öncə T.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.

Xatırladaq ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti