Elmar Məmmədyarov: Xəzərin statusu üzrə konsensusun əldə edilməsi üçün maksimum səy göstərmək zəruridir (FOTO)

Elmar Məmmədyarov: Xəzərin statusu üzrə konsensusun əldə edilməsi üçün maksimum səy göstərmək zəruridir (FOTO)

Bakı. Trend:

Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Moskvada keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsində deyib.

E.Məmmədyarov ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları tərəfindən konvensiya layihəsi üzrə mühüm işlər görüldüyünü, yüksək səviyyəli beştərəfli görüşlər zamanı qəbul edilmiş qərarların və əldə edilmiş razılaşmaların bütün xəzəryanı dövlətlərin mövqelərinin mühüm dərəcədə yaxınlaşdırılmasına, ümumilikdə danışıqlar prosesinə güclü təkan verdiyini və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi, məhsuldar əməkdaşlıq və Xəzər regionunda sabitliyin qorunub saxlanması üçün tarixi əhəmiyyət kəbs etdiyini vurğulayıb.

XİN başçısı qeyd edib ki, Qazaxıstanda keçirilməsi planlaşdırılan xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir və konsensus hamılıqla tanınmış dünya təcrübəsi və beynəlxalq dəniz hüququnun normalarının nəzərə alınması ilə əldə edilə bilər.

Nazir vurğulayıb ki, göstərilən səylər Konvensiya layihəsi üzrə uzun illər aparılan işlərin nəticəsinin möhkəmləndirilməsinə xidmət etməli və Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır. Bu əsas hüquqi sənəd Xəzər dənizində qarşılıqlı münasibətlərin gələcək arxitekturasına möhkəm təməlini təşkil edərək Xəzər regionunda sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə şərait yaradacaqdır.

E.Məmmədyarov terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin beynəlxalq və regional stabillik və təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizənin bütün xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb etdiyini diqqətə çatdırıb.

O, ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizminin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib. Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirib.

Nazir beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlərin sahilyanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam etdiyini diqqətə çatdırıb.

XİN rəhbəri deyib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də Tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir. O da qeyd olunub ki, etimad tədbirləri bütün xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.

E.Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasının xəzəryanı dövlətlərin müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin mühafizə olunması məsələləri üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş səmərəli tədbirlərin yerinə yetirilməsinə xidmət edəcəyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Daha beş ölkədən  turistlər Baliyə gələ biləcəklər
Daha beş ölkədən turistlər Baliyə gələ biləcəklər
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Loading Bars
Xəbər lenti
Messisiz PSJ "Anje" üzərində qələbə qazandı
Şəmkirdə birmərtəbəli ev yanıb
Böyük Britaniyada deputatı kilsədə bıçaqlanaraq öldürülüb
İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat
Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür
Bitkoinin qiyməti 60 min dolları keçib
Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib
"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix bəlli oldu
İranda son sutkada 197 nəfər koronavirusdan ölüb
Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN
Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatıb
Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi
Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı
Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir (FOTO)
Gəncədə fitosanitar monitorinqlər aparılıb
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub (FOTO)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir (VİDEO)
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb - Ruslan Əliyev
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi
Baş direktor "Azəriqaz"a ən çox edilən şikayətlərdən danışdı
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb
Noyabrda neçə gün iş olmayacaq?
Rusiyadan idxal olunan 70 tona yaxın toxumluq kartof məhv edilib
Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq
Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi
BDU-nun professoru vəfat edib
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumla bağlı mətbuat konfransı keçirilib (FOTO)
Yevlaxda "patı" satan dəstə yaxalandı
Dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib (FOTO)
Zaqatala və Balakəndə qanunsuz ağac kəsilməsilə bağlı cinayət işi başlandı
Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)
Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Qarabağa ilk konteyner blok qatarı yola salınıb (FOTO/VİDEO)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı "online" qəbul zamanı səsləndirilən müraciətlə yerində tanış olub (FOTO)
Sosial mənzil almaq istəyənlərin pulunu mənimsəyən qadının işi məhkəməyə göndərildi
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişini şərh edib
Mətbuat Şurasında intiharla bağlı xəbərlərin mediada işıqlandırılması müzakirə edilib (FOTO)
Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub - Deputat
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib (FOTO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Baş prokuror Kamran Əliyev Gürcüstana səfər edib (FOTO)
Koronavirusa yoluxan körpələrdə hansı simptomlar olur? - AÇIQLAMA
Əlilliyi olan şəxslər 35,6 min reabilitasiya vasitəsi ilə təmin edilib
Bakıda ər arvadını qətlə yetirdi
Uşaqlara peyvəndlər mütləq vurulmalıdır - Mütəxəssis
Azərbaycanda ilk təhsilyönümlü əyləncə parkı açıldı (FOTO)
Azərbaycanda yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb
Yeni doğulan uşaqlar arasında ölüm hallarının səbəbləri açıqlanıb
“Samur” postunda niyə sıxlıq yaranıb? - AÇIQLAMA
Bakı metrosunun aldığı daha bir yeni nəsil qatar əsaslı təmirə dayandı (FOTO)
AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
Prezident İlham Əliyev: Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək
Azərbaycan qazı Avropanın qaz idxalının azalmasını kompensasiya edib
Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb
İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib (FOTO)
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib (FOTO)
Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyırlar
AzTU-da növbəti tədris laboratoriyasının açılışı olub (FOTO)
Azərbaycan və Litva arasında məşğulluq sahəsində təcrübə mübadiləsi aparılıb (FOTO)
Gələn həftə qar yağacaq - Xəbərdarlıq
50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!
NEQSOL Holding, ADA Universitetinin Qazax Seminariyasının bərpası layihəsinə dəstək verəcək (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbəsi: Belə bir tarixi şəxsiyyətin adını daşıdığıma görə qürur duyuram!
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 850 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya
Kür çayına nərə balıqları buraxılıb (FOTO)
“Məşğulluq marafonu” çərçivəsində 1000-ə yaxın şəxsin məşğulluğu təmin olunub
Əfqanıstanda məscid partladılıb - Onlarla həlak olan var
Ermənistan dəfn mərasimində dinc insanları bombalamaqla faşist mahiyyətini göstərdi – Tərtər terrorunun qurbanları (FOTO/VİDEO)
Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
Azərbaycanın daha böyük uğurları və nailiyyətləri hələ qarşıdadır - Səttar Möhbalıyev
Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin qarantıdır – Putin
Rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq - Könül Nurullayeva
Pambıq yığımına 430 kombayn cəlb ediləcək (FOTO)
Prezident İlham Əliyev: Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb
Prezident İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq
Məşğulluq proqramı çərçivəsində işlə təmin olunma 6-9 ay çəkir - Agentlik
Prezident İlham Əliyev: Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir
Qanuna dəyişikliklər ali təhsilə əlçatanlığı artıracaq - Komitə sədri
Azərbaycanda işsiz şəxslərlə bağlı yeni konsepsiya hazırlanıb
Prezident İlham Əliyev: Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib
Prezident İlham Əliyev: Qarabağ münaqişəsi keçmişdə qaldı
Bu şəxslər ali məktəblərə daxil olmaq hüququ qazanacaq
Prezident İlham Əliyev Qarabağda hərbi əməliyyatların dayandırılmasında Prezident Vladimir Putinin xüsusi rolunu qeyd edib
Dövlət Komitəsi küçədə aşkarlanan uşaq barədə açıqlama yayıb
Bütün xəbərlər