...

Azərbaycan BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini artıracaq

Siyasət Materials 11 Dekabr 2017 12:34 (UTC +04:00)
Azərbaycan və digər yeddi ölkə BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini bu illə müqayisədə artırmağa hazırdır.
Azərbaycan BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini artıracaq

Bakı. Trend:

Azərbaycan və digər yeddi ölkə BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini bu illə müqayisədə artırmağa hazırdır.

Trend bu barədə BMT-nin saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, gələn il üçün 36 ölkə fonda 383 milyon dollar keçirməyə vəd edib: “Eyni zamanda, Azərbaycanla yanaşı, Avstraliya, Rusiya, Estoniya, Monqolustan və digər ölkələr ödənişləri artırmağa hazır olduğunu bildirib”.

Qeyd edək ki, son 3 ay ərzində Fonddan Banqladeşə rohinca qaçqınları üçün yardım proqramı çərçivəsində 19 milyon dollar ayrılıb. Bundan başqa, “İrma” və “Mariya” qasırğalarından əziyyət çəkmiş Karib hövzəsi ölkələrinə Fond tərəfindən operativ yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti